Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kişilər 3,7, qadınlar 2,7 litr... – Sağlam olmaq üçün için!
Tarix: 28-06-2016 | Saat: 01:37
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

Kişilər 3,7, qadınlar 2,7 litr... – Sağlam olmaq üçün için!
Gündəlik həyatda laqeyd yanaşdığımız məsələlərdən biri də su içməkdir. Lakin unutmayın ki, az su içmək bədənin bütün tarazlığını alt-üst edə bilər. Az su içənlərdə yorğunluq, diqqət cəmləmə çətinliyi və yaddaş pozuntuları müşahidə edilir.


Bəziləri üçün sanki o bir stəkan suyu içmək əziyyətdir. Lakin sağlamlığın qorunması və canlılığın davam etdirilməsi üçün su vacib maddədir. Bədənimizin 55-75 faizini su təşkil edir. Su maddələr mübadiləsinin tənzimlənməsində və bədənimizdəki bütün reaksiyalarda əsas vəzifəni yerinə yetirir. Suyun arıqlama üzərinə də çox böyük təsirləri var. Mədədə meydana gətirdiyi həcmə görə daha az yeməyi təmin edir və maddələr mübadiləsini sürətləndirib gündəlik xərclənən enerjini artırır. Bütün bunları düşündükdə su içmək əziyyət olmamalı, əksinə, ləzzət verməlidir. Aile.lent.az suyun faydalarını sadalayır.

Suyun faydaları

* Hüceyrələrə oksigen və qida elementlərinin daşınmasını, həmçinin, tullantı məhsulların xaric edilərək, böyrəklərdən atılmasını təmin edir.
* Ağız, göz və burun kimi bədən toxumalarını nəmləndirir.
* Bədəndəki qan, tüpürcək, amniotik maye (hamiləlikdə) və sidik kimi bədən mayelərinin böyük bir qismi sudur.
* Nəcisin yumşalmasını təmin edib qəbizliyin qarşısını alır.
* Dəri sağlamlığında, immunitet sistemində, bədən istiliyinin yoxlanmasında, şişin aradan qaldırılmasında rolu var.
* Tüpürcək və mədə ifrazatını, qidaların həzm edilməsini təmin edir.
* Çəkinin artması və azalması zamanı yaranan dəri sallanmalarının idmanla birlikdə qarşısını alır.
* Bədənin ehtiyac duyduğu mineralların bir çoxunu təmin edir.
* Soyuqdəymə, sidik yolu infeksiyaları, böyrək daşları və dəri xərçəngi riskini aşağı salır.
* Arıqlama pəhrizlərində maddələr mübadiləsini artırır, mədədə həcm yaradaraq toxluq hissi yaradır.

Su həyatda çox vacib elementdir. Buna baxmayaraq, əsl problem su içmək mədəniyyətinin olmamasıdır. Heç bir maye içki suyun yerini tam mənasıyla tutmur.


Su içmək üçün susamağı gözləməyin. Su içməyin gündəlik miqdarı kişilərdə 3,7 litr, qadınlarda 2,7 litr olmalıdır. Su ilə yanaşı, bir çox içkilər gündəlik menyumuzda ciddi ölçüdə yer alır - iş həyatının imtina edilməz çay, qəhvə, nescafe, meyvə suları, bitki və meyvə çayları. Bu içkilərdən bəzilərinin diüretik təsiri olduğundan, bədənin ehtiyacı olan mayeni qarşılamır. Hətta bədəndən maye atımını artırır. Buna görə də əsasən su içmək lazımdır. Yeməkdən 30 və ya 15 dəqiqə əvvəl içilən su maddələr mübadiləsini sürətləndirir və mədədə həcm yaradaraq, çox qida qəbuluna mane olur.


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___