Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəqsanə: “Ailə qurub boşanacaqsansa, yanımda otur”
Tarix: 27-06-2016 | Saat: 12:21
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya / Məşhurların Taleyi | çapa göndər

Rəqsanə: “Ailə qurub boşanacaqsansa, yanımda otur”

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ərə gedir.

"Xəbəraz.az " xəbər verir ki, Rəqsanə "Atv maqazin onlarla" verilişində qızının nişan mərasiminin olacağını deyib:

"Qızımın öz seçimidir. Mən də araşdırmışam, qabiliyyətli, tərbiyəli bir insandır. Mənim üçün var-dövlət, brilliantlar önəmli deyil. Maşallah, övladımın hər şeyi var. Ən əsası yaxşı insan olsun və uşağımı yola versin. Türk vətəndaşıdır və Aysunun ad günündə üzük taxıblar. Elçilik və nişan eyni vaxtda olacaq. Təbii ki, qızımı anam verəcək. Onu da deyim ki, artıq "Skayp"da verib. Birdən əsəbləşirəm və deyirəm ki, qızım üçün ürəyim partlayacaq. Anam deyir ki, çox yaxşı ailəlidirlər. Deyirəm, ay arvad hardan bilirsən, deyir ki, bütün günü danışıram.

Aysunun hər dediyini yerinə yetirmişəm. Onun xoşbəxt olması üçün də nə lazımdır edəcəm. Adam cavan vaxtı deyil, yaşa dolduqca can yoldaşı axtarır. Ona görə Aysuna demişəm ki, hər zaman ailəli və xoşbəxt ol.
Ailə qurub boşanacaqsansa, mənim yanımda otur. Düzdür, qismət, kimin alnına nə yazılır, onu yaşayır. Biz tanınmış insanlarıq, deyirlər ki, müğənninin qızıdır da gedib boşandı. Müğənni də bir anadır, övladdır".

Rəqsanə İsmayılova qızının nişanlısının hansı işlə məşğul olduğunu da açıqlayıb: "Mağaza işlədir, yalandan deməyəcəm ki, biznesmendir. Bizim üçün var-dövlət önəmli deyil".

Qeyd edək ki, Rəqsanə İsmayılova bir müddət əvvəl iyunun 28-də nişan olacağını qeyd etmişdi.


Xəbəri paylaş

1 0058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___