Avstriya FDİN-in ekspertləri FHN-də - Foto
Tarix: 22-06-2016 | Saat: 19:18
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
İyunun 22-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində ölkəmizdə səfərdə olan Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin ekspertləri ilə görüş keçirilib.
"Xəbəraz.az "FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib, nazirliyin nümayəndə heyətlərinin müxtəlif illərdə Avstriyaya səfərləri, o cümlədən İnsbruk şəhərində keçirilmiş təlimlərdə iştirakını xatırladıb. O, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb və Fövqəladə Hallar Nazirliyi üçün Avstriyanın uyğun qurumlarının təcrübəsinin maraqlı olduğunu bildirib.
Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat eksperti polkovnik Hans Ebner səmimi görüşə görə təşəkkürünü bildirib, ölkəmizdə olacaqları müddətdə yanğından mühafizə, axtarış-xilasetmə üzrə azərbaycanlı həmkarları ilə geniş təcrübə mübadiləsi aparılacağını söyləyib.
Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı ilə tanış olublar.
Səfər çərçivəsində avstriyalı ekspertlər iyunun 26-dək FHN-in qurumlarında olacaq, həmçinin, FHN Akademiyasında seminar keçirəcəklər.
Xəbəri paylaş
6528 dəfə oxunub.
Digər xəbərlər

11-03-2021, 09:40
Dolların bugünkü məzənnəsi
18-05-2016, 10:41
İstintaq altında olan dələduza necə elmi ad verilib?
7-02-2019, 11:25
Faciəvi şəkildə yoxa çıxan argentinalı futbolçu ilə bağlı YENİ XƏBƏR
15-02-2016, 13:40
''Asan Xidmət''in adından istifadə edib vətəndaşı aldadan ifşa edilib
13-06-2016, 12:25
Beynəlxalq Sığorta bütün filiallarını bağladı
13-09-2015, 13:04
Putin amerikalı boksçuya Rusiya vətəndaşlığı verib
24-09-2023, 10:37
Dünyanın ən qısqanc QADINI: ərini görün necə YOXLAYIR?
17-07-2015, 19:36
"Dağlıq Qarabağ proleminin həll edilməsinə ümid var"
31-07-2017, 14:09
WBC nin layihəsi olan Miss Caspian 2017 gözəllik yarışmasının təqdimat mərasimi keçirilib