Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Biznesmenin qatili Emil bu hala salındı - Video
Tarix: 22-06-2016 | Saat: 11:30
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Biznesmenin qatili Emil bu hala salındı - Video

Rusiya mətbuatında dəhşətli kadrlar əks-səda yaradıb. Sankt-Peterburqda baş verən hadisədə azərbaycanlıların adı hallanıb. Videoda bir qrup şəxsin azərbaycanlı iş adamı Maarif İsmayılovun qətlində şübhəli bildikləri adamı necə döydükləri əks olunub.

ANS-in məlumatına görə, fiziki təzyiqlərə məruz qalan da əslən azərbaycanlı olan Emil Hüseynovdur.

Şahidlərin dediyinə görə, Sofiyski tərəvəz bazasında baş vermiş hadisə zamanı E.Hüseynov 43 yaşlı iş adamı Maarif İsmayılovu güllələyib. Biznesmen aldığı 6 güllə yarası nəticəsində dünyasını dəyişib.

Atəş açandan sonra dərhal qaçmağa çalışan Emil Hüseynov hadisə yerindən 500 metr uzaqlaşmamış insanlar onu yaxalaya bilib. 27 yaşlı Emil bundan sonra kütlə tərəfindən döyülüb.

Naməlum şəxslər ona zərbələr endirdikcə "Kim sifariş edib?" və bu kimi başqa suallar veriblər. Onu əsəbi kütlənin əlindən birtəhər alaraq xəstəxanaya yerləşdirmək mümkün olub.

E.Hüseynov xəstəxanaya kəllə-beyin travması ilə yerləşdirilib. Üz və burun nahiyələrində sınıqların da olduğu deyilib. Özünə gəldikdən sonra Emil qətli törətmək üçün 10 milyon rus rublu aldığını etiraf edib.

Diqqət! Videoda qeyri-normativ leksika istifadə olunub və zorakılıq var.


Xəbəri paylaş

8878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___