Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dar alt paltarı geyinən kişilərə XƏBƏRDARLIQ
Tarix: 21-06-2016 | Saat: 18:30
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Dar alt paltarı geyinən kişilərə XƏBƏRDARLIQ

Mütəxəssislər dar alt paltarları geyinən kişilərin nəsil artırma qabiliyyətinin daha aşağı olduğunu deyirlər. Araşdırmalar sübut edir ki, kişi alt paltarları sperma istehsalından cinsiyyət orqanının sağlamlığına qədər hər şeyə təsir edir.
Dar və xüsusilə sintetik alt paltarlar kişilərdə cinsiyyət orqanların qanla pis təchiz olunmasına səbəb olur. Bu da nəticədə spermatogenezin pisləşməsinə, müxtəlif pozulmalara və xəstəliklərə gətirib çıxardır.

Aile.lent.az-ın məlumatına görə, keyfiyyətsiz, ucuz alt paltarları nəinki spermanın azalmasına, eyni zamanda allergiyaya, qasıqda ağrılara, göbələyin inkişaf etməsinə səbəb ola bilər. Belə ki, dərinin bükülən yerləri dəri iltihabı və göbələyin yaranması üçün uyğun mühitə malikdir. Bunun baş verməməsi üçün pambıq parçadan hazırlanan alt paltarları geyinilməlidir.

Neylon, ipək kimi təri əmməyən parçalardan tikilən alt paltarlarından isə uzaq durmaq lazımdır. Belə parçalar cinsiyyət orqanlarını bədənə yapışdırır, nəticədə həmin bölgədə temperaturun artmasına səbəb olur. Bu da öz növbəsində sperma istehsalının azalmasına və nəsil artırma qabiliyyətinin daha aşağı düşməsinə gətirib çıxarır. Əslində isə orqanizmin sperma istehsal etməsi üçün bədən istiliyindən daha aşağı temperatur (35 dərəcə) olmalıdır.

Odur ki, cinsi problemlərdən əziyyət çəkməmək üçün doğru alt paltarı seçmək vacibdir.


Xəbəri paylaş

1 3378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___