Dopinqlə bağlı yeni qanun layihəsi hazırlanır
Tarix: 21-06-2016 | Saat: 14:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda dopinqlə bağlı yeni qanun layihəsi hazırlanır.
Trend-in məlumatıbna görə, bu gün Milli Məclisdə “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması ilə yaradılmış işçi qrupunun iclası keçirilib.
İclasda çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, komitə gənclər və idman naziri Azad Rəhimovun təkliflərini nəzərə alaraq, Azərbaycanda dopinqə qarşı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addım ataraq “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması ilə bağlı qərar verib:
“Biz bu layihənin hazırlanmasına başladıqda bütün dövlət qurumlarından böyük dəstək aldıq. Hələlik qanun layihəsi yoxdur, layihə təklif və tövsiyələr əsasında hazırlanacaq. Bu gün komitəmizin əsas məqsədi qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir. Bununla bağlı bir neçə ölkənin qanunvericiliyinə baxılıb, səslənən təkliflər də nəzərə alındıqdan sonra yenidən bir araya gələcəyik”.
F.Muradov əlavə edib ki, dünyada gedən antidopinq siyasəti bir çox hallarda neqativ nəticələrə gətirib çıxarır: “Dünya Antidopinq Agentliyi 2004-cü ildən fəaliyyətə başlayıb və bu günə qədər cərimələr, sanksiyalar tətbiq olunur. Elə cəhətlər var ki, biz onlarla razı deyilik. Bəzən hansısa öləkələrə xüsusi yanaşmalar olur. Biz yığma üzvlərimizə cərimələrin tətbiq olunmasının tərəfdarı deyilik. Çünki cərimələr sayəsində komandalarımız yarışlarda iştrak hüququndan məhrum ola bilərlər. Bu gün Azərbaycanda həyata keçirilən idman islahatları əslində bizə bu cərimələrdən qaçmağa imkan verir”.
Layihənin müəyyən istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı əsas koordinasiya işini millət vəkili Ülvi Quliyev həyata keçirəcək.
Xəbəri paylaş
6998 dəfə oxunub.
Digər xəbərlər

25-08-2020, 13:47
Zaur Baxşəliyev xəstəxanaya yerləşdirildi
17-06-2016, 10:19
Gədəbəydə 32 yaşlı kişini sel apardı
30-03-2017, 21:55
“Rəqs edən milyonçu” Bakıya gəlir
22-08-2021, 11:42
Yeməyi dadsız bişirdiyinə görə gənc qadını diri-diri yandırdılar, musiqini də qadağan etdilər - “Taliban” maskasını çıxarır
16-07-2016, 22:30
Ani Lorak və Borodina da hadisələr zamanı Türkiyədə olub
20-12-2017, 11:56
Azərbaycanda orta ixtisas təhsilli şəxslərə ehtiyac azdır
15-02-2016, 12:31
Bakıda şirkətdən külli miqdarda pul oğurlandı
8-07-2019, 10:59
Dünənki qəbul imtahanın düzgün cavabları AÇIQLANDI
5-06-2018, 11:26
Millimizin oyunu canlı yayımda