Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıya gəlmiş nobelçidən maraqlı açıqlamalar
Tarix: 21-06-2016 | Saat: 10:32
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Bakıya gəlmiş nobelçidən maraqlı açıqlamalar
Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “Sosial biznes-inkişafa gedən yol” adlı beynəlxalq konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev iştirak ediblər.

UNEC-in rektoru Ədalət Muradov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus haqqında iştirakçılara məlumat verib.

Qeyd edib ki, Məhəmməd Yunus sosial biznes və makrokreditləşmənin əsas yaradıcılarından hesab olunur, Banqladeşdə yerləşən Gramen Bankı və 50-dən çox şirkətin qurucusudur:

"Onun davamlı yenilikləri və təşəbbüskarlıq fəaliyyətinə görə "Fortune" jurnalı 2012-ci ilin mart ayında professora "Zəmanəmizə ən böyük təşəbbüskarlarından biri" adını verib. 2006-ci ildə o və Gramen Bankı birgə Nobel sülh mükafatına layiq görülüb. Məhəmməd Yunus 20-dən çox universitetin 55 fəxri adına sahibdir".

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov vurğulayıb ki, sosial rifahın yüksəlməsi Azərbaycan iqtisadiyyatının əsas xəttidir. Ölkədə insan potensialının inkişafı üçün multikultiral ardıcıl tədbirlər həyata keçirilməlidir.

Təhsil naziri Mikayıl Cabbarov isə çıxışında bildirib ki, Azərbaycanda çox qısa zamanda aşağı gəlirli iqtisadiyyatdan orta gəlirli iqtisadiyyata keçid edilib:

"İlk planda hər zaman insan kapitalı durur. Burada təhsil sistemi insan kapitalının formalaşdırılmasında xüsusi rolu olub. Ölkədə ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və ya tikintisi, eləcə də dövlət hesabına xaricdə təhsilin genişləndirilməsi kimi tədbirlər böyük əhəmiyyət kəsb edir. Sosial biznesin,sahibkarlığın kökündə gəlir əldə etmək dayanmamalıdır.

Əmək bazarı üçün kadr hazırlığında ali təhsil müəssisələrinin rolu danılmazdır. Bu gün tələbələr arasında yeni təfəkkürlü yanaşmalarda sosial biznes baxımından inkişafın olması sevindirici haldır. Sosial biznes fəlsəfəsinin cəlbediciliyi cəmiyyəti bütöv və harmonik məhfum kimi görür".

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus öz fəaliyyəti haqqında məlumat verərək bildirib ki, əvvəl bank sahəsində fəaliyyətə başlayanda çılğın fikirləri olduǧu üçün bəzi insanlar ona əqli cəhətdən çatışmayan biri kimi yanaşırdılar: "Biz bank sahəsində fəaliyyətə başlamaqla bütün ənənəvi bank prinsiplərini kökündən dəyişdik. Sən nə qədər varlısansa, bank üçün bir o qədər cəlbedicisən. Amma biz kasıb insanlar üçün çalışmaǧa başladıq.

Bizim müştərimiz olmaq üçün sən sadəcə heç nəyinin olmadıǧını və kasıblığını sübut etməlisən. Ənənəvi banklar daha çox kişi müştərilərlə işləyir. Bizdə 8,5 milyon müştərinin 97%-i qadındır. Gramen bankının Banqladeşin 80 min kəndində filialı fəaliyyət göstərir".

Dünyanın maliyyə sisteminin yanlış qurulduǧunu vurǧulayan Məhəmməd Yunus deyib ki, bütün banklar qapısını qadınların, xüsusən də kasıb qadınların üzünə baǧlayır: "Bu isə məntiqsizdir, axı sən hardan bilirsən ki, o qadın bank borcunu ödəyə bilməyəcək. Kasıb olmaq insanın günahı deyil. Nəyə görəsə banklar düşünür ki, kasıb insan xəstə olur və bank borcunu ödəmədən öləcək. Ancaq bizdə müştərilərin saǧlamlıǧı sıǧortalanır.

Biz bir bank olaraq gəlir, mənfəət güdmürük, əksinə insanların problemlərinin həlli üçün çalışacayıq".

Tədbirdə Məhəmməd Yunus Mərkəzi ilə UNEC arasında birgə əməkdaşlıq memorandumu imzalanıb və universitetdə Yunus Sosial Biznes Mərkəzinin açılışı olub.


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___