Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Namus üstündə polisi öldürən şəxsin məhkəməsi başlayır
Tarix: 21-06-2016 | Saat: 10:14
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Namus üstündə polisi öldürən şəxsin məhkəməsi başlayır
Xəzər rayonunda qısqanclıq zəminində polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İsgəndər Bəbirov barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 20-də keçirməli olsa da, iyunun 28-ə kimi təxirə düşüb.
Qeyd edək ki, hadisə bu il Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gələrək, əvvəllər Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsində işləyən polis əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.
Hadisənin qısqancıq zəminində baş verdiyi bildirilir. İ.Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. Nicat Şəbiyevin hadisə baş verən həyətdə fəhlə işlədiyi bildirilir. Saxlanılan Bəbirovun yaxın qohumunun sözlərinə görə, İsgəndər qətlə yetirilən polis əməkdaşına dəfələrlə onun evinə gəlməməyi tövsiyə edib.
Polis İdarəsindən hadisənin namus üstündə baş verdiyi, qətlə yetirilən şəxsin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olduğu qeyd olunub. İlkin məlumata görə, İsgəndər Bəbirov ov tüfəngi ilə həyətə girərək bir neçə atəş açıb. Güllələrdən biri Malik Muradovun baş nahiyəsinə dəyib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___