Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaponlar Formula-1-i belə izlədilər - Foto
Tarix: 20-06-2016 | Saat: 17:54
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Yaponlar Formula-1-i belə izlədilər - Foto

Bakı şəhərində ilk dəfə keçirilən Formula-1 Avropa Qran-pri yarışı Yaponiyada böyük maraqla izlənilib.
"Xəbəraz.az " xəbər verir ki, Tokionun idman proqramlarının birbaşa yayımlandığı “M-Spo” kafesində toplaşan Formula-1 yarışının azarkeşləri bu böyük idman tədbirinin açılış mərasimini və final mərhələsini “Fuji TV Next” kanalı vasitəsilə burada quraşdırılmış 2 böyük və 4 kiçik monitorda böyük coşqu ilə izləyiblər. Kafedə toplaşan azərbaycanlı gənclər Qran-prinin startından əvvəl səslənən dövlət himnini Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi ilə birlikdə ifa ediblər.

Yarışların start götürməsi gənclərimiz, onların müxtəlif ölkələrdən olan dostları, eyni zamanda, yapon tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Fuji Tv Next” televiziya kanalının icmalçıları yarışları şərh edərək bildiriblər ki, Formula-1 Avropa Qran-pri yarışı Bakıda ilk dəfə keçirilməsinə baxmayaraq, Azərbaycan bu böyük idman bayramına xüsusi diqqətlə yanaşıb. Yarışların yüksək səviyyədə keçirilməsi üçün qısa müddətdə hər cür şərait yaradılıb.

Qeyd edilib ki, hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışıblar.

Nadir xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görüblər.

Qran-prinin birinci günündə Formula-1 və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunub. İyunun 18-də Formula-1 üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçirilib. İyunun 19-da Avropa Qran-pri yarışı, həmçinin GP2 üzrə ikinci yürüş baş tutub.

Yarışın final mərhələsində 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın “Mercedes”in pilotu Niko Rosberq dayanıb. Ondan sonra “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo və “Ferrari”nin sürücüsü Sebastian Fettel yer alıblar.

Yarışlar barədə təəssüratlarını bölüşən həmyerlilərimiz, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Fuad Bağırov, JGC şirkətinin əməkdaşı Emin İlyasov, Bodibilder üzrə Yaponiya beşincisi Fərhad Ağayev bildiriblər ki, Formula-1 Avropa Qran-prisinin Bakıda yüksək səviyyəli təşkili hər bir azərbaycanlı kimi onları da sevindirir. Qürur hissi keçiririk ki, dünyanın inkişaf etmiş ölkələri ilə bərabər Azərbaycan da Formula-1 ailəsinə daxil oldu. Vətənimizdən nə qədər uzaq olsaq da, ölkəmizin uğurlarına ürəkdən şadıq. Fəxr edirik ki, yarışları yüksək səviyyədə təşkil edən belə müasir və inkişaf etmiş ölkənin vətəndaşlarıyıq. Bu yarışlar Azərbaycanı bütün dünyada daha yaxşı tanıdacaq.

Həmvətənlərimizlə birlikdə yarışları izləmək üçün kafeyə gəlmiş Tokio sakinləri Maneki İvao, Şotaro Ono, Yusuke Kubota, Saşi Kubota, Yazan Badran, Patrisio Cespedes, Mayuko Otomo, Akiko Fucii bildiriblər ki, qədimliyin və müasirliyin harmoniyasını üzvi şəkildə özündə birləşdirən Bakıda yarışların keçirilməsi Formula-1 ilə yanaşı, bu gözəl şəhəri seyr etməyə də imkan yaradıb. Vurğulayıblar ki, Azərbaycan çox ecazkar ölkədir. Bakı halqasının şəhərin həm müasir, həm də qədim hissəsini əhatə etməsi bu gözəl ölkəyə marağımızı daha da artırdı. Yarışları böyük məmnuniyyətlə izlədik. Yüksək səviyyədə təşkili ilə seçilən yarışın onlarda Azərbaycana getmək istəyini yaratdığını qeyd edən yapon tamaşaçılar ölkəmizə səfər edəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər.
Yaponlar Formula-1-i belə izlədilər - Foto
Yaponlar Formula-1-i belə izlədilər - Foto


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___