Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu maşınlar Ağsu aşırımından keçə bilməz
Tarix: 20-06-2016 | Saat: 17:51
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Bu maşınlar Ağsu aşırımından keçə bilməz
İyunun 22-dən etibarən Ağsu aşırımında yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Publika.az-a Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, yol təmir olunduqdan sonra burada yük avtomobillərinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib: "Çünki yük avtomobilləri burada həm təhlükə törədir, həm də enişli-yoxuşlu yolun dağılmasına səbəb olur. Belə bir addımın atılması həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi ilə bağlıdır".

Anar Nəcəfli bildirib ki, yük avtomobili sürücüdəri Ağsuya getmək üçün alternativ olaraq Bakı-Ələt-Qazax və Muğanlı- İsmayıllı-Qaraməryəm yolundan istifadə edə bilərlər: "Artıq iyunun 22-dən etibarən Ağsu aşırımında müvafiq yol nişanları və hündürlüyü məhdudlaşdıran qurğular quraşdırılacaq. Qeyd edim ki, bu yolda yük maşınlarının hərəkəti əvvəllər də məhdudlaşdırılmışdı".


Xəbəri paylaş

6598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___