Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni faşizmi AŞPA-da müzakirəyə çıxarıldı
Tarix: 20-06-2016 | Saat: 17:41
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Erməni faşizmi AŞPA-da müzakirəyə çıxarıldı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hər sessiyasında təşkil olunan sərbəst müzakirələrdə gündəliyə daxil edilməmiş, amma aktuallıq kəsb edən ayrı-ayrı məsələlərdən bəhs edilir. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov həmin müzakirələr çərçivəsində mühüm bir məsələ ilə bağlı bəyanat təqdim edib. Deputatın həmin sənədində Ermənistanın dövlət səviyyəsində terrorizmi və faşizmi dəstəklədiyi danılmaz sübutlarla göstərilib.

"Xəbəraz.az " xəbər verir ki, Rafael Hüseynov bəyanatında dünyanın qatı cinayətkarlar kimi tanıdığı ayrı-ayrı şəxslərin Ermənistan tərəfindən rəsmən qəhrəmanlara çevrilməsinin humanist dəyərlərə qarşı olduğunu vurğulayıb: “Hər bir xalqın qəhrəmanlara ehtiyacı var və hər bir xalq onun yüksəlişlərində xidməti olan qəhrəmanları daim ehtiramla xatırlamağa borcludur. Lakin xalqlara yalnız əsl mərd, qüdrətli, xilaskar, qurucu qəhrəmanlar deyil, təəssüf ki, antiqəhrəmanlar da nəsib olur. Tarixdə elə şəxslər olub ki, öz xalqlarını da, insanlığı da çox faciələrə düçar edib, amma müəyyən zümrələr onları ideallaşdıraraq qəhrəman kimi qələmə verib. Təəssüf ki, bu arzuolunmaz təmayül indi də müşahidə edilməkdədir. Hitlerin alman xalqını da, bəşəriyyəti də hansı müsibətlərə uğratdığı hamıya bəllidir. Ancaq bilirik ki, indi dünyanın müxtəlif yerlərində faşizmi tərənnüm edən, Hitleri qəhrəmanlaşdıran qüvvələr də hərdən baş qaldırır. Kimin kimləri qəhrəman hesab etməsi isə həmin insanların özlərinin kimliyi və əxlaqi-mənəvi keyfiyyətləri haqqında dəqiq təsəvvür yarada bilir. Amma bir var hansısa məhdud sayda şəxslər özlərinin qüsurlu əqidələrinə, ya müəyyən məkrli siyasi məqsədlərinə görə mahiyyətcə mənfi olanları qəhrəmana döndərələr, bir də var bu xətt rəsmən dövlət və ölkə səviyyəsində həyata keçirilə. Müasir dünyanın ən çox nifrət bəslədiyi, əleyhinə mübarizə apardığı iki qara qüvvədən biri terrorizm, digəri faşizmdir. Lakin ən qatı terrorçunu və ən qəddar faşisti özünə rəsmən qəhrəman elan edən və bununla da mədəni dünyaya və bütün humanist dəyərlərə meydan oxuyan ölkə də var. O ölkə uzaqda deyil, bizim aramızdadır. Dünya ermənilərinin bədnam ASALA terror təşkilatının üzvü olmuş ABŞ ermənisi Monte Melkonyan 1983-cü ildə Parisdəki Orli hava limanında 60 nəfər insanın ağır yaralanması və həlak olması ilə nəticələnən növbəti terror aktlarından birini yerinə yetirdikdən sonra Fransa polisi tərəfindən həbsə alınaraq müxtəlif vaxtlarda törətdiyi 4 terrora görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin müəmmalı şəkildə bir neçə il sonra, həbs müddəti başa çatmadan azadlığa çıxan Melkonyan yeni qanlı terrorları icra etməyə başlayıb. 1993-cü ildə öldürülən Monte Melkonyanın dəfnində Ermənistan prezidenti şəxsən iştirak edib və bu terrorçu rəsmən Ermənistanın milli qəhrəmanı adı və “Ağ xaç” ordeni ilə təltif edilib. Dünya terror şəbəkəsinin ən qatı cinayətkarlarından birini qəhrəman elan etmək və onun xatirəsini rəsmən böyük təntənə ilə əbədiləşdirməklə Ermənistan terrorizmi dövlət səviyyəsində dəstəklədiyini açıq şəkildə təsdiqləyib. 2016-cı il mayın 28-də Ermənistanın paytaxtı Yerevanda, hökumət binaları kompleksinin yanında, ölkə prezidentinin iştirakı ilə yeni bir heykəlin açılışı olub. Bu abidə Hitlerin silahdaşı, İkinci Dünya müharibəsi dövründə SS-in ən qəddar cəza legionlarında birinə başçılıq etmiş Qaregin Njdeyə ucaldılıb. Əlləri minlərlə günahsız insanın qanına bulaşmış bu nasist caninin adına Ermənistanda meydan, metro stansiyası var və ayrıca sikkə buraxılıb.

Beləliklə, Ermənistan dövləti bu faşist qatili də rəsmən milli qəhrəman edib. Mən sadəcə bəlli faktları sadaladım və heç bir təhlil vermək istəmirəm. Bu, müasir Ermənistan dövlətinin siyasi mahiyyətini və iflasını əyani nümayiş etdirən güzgüdür”.

Milli Məclisin deputatının təqdim etdiyi sənəd nəşr edilərək parlamentarilər arasında yayılıb və Parlament Assambleyasının saytında yerləşdirilib.


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___