Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Trasdan narazı qalan pilotlar evə qayıtsınlar - Ekklstoun
Tarix: 18-06-2016 | Saat: 18:52
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Trasdan narazı qalan pilotlar evə qayıtsınlar - Ekklstoun
"Formula 1" Avropa Qran Prisinin Bakı şəhər trasından narazı qalan pilotlar evə qayıda bilərlər.

Trend-in verdiyi məlumata görə, bunu "Formula One Management"in prezidenti Berni Ekklstoun deyib.

B.Ekklstoun pilotlar Censon Battonun və Niko Rosberqin trasın ayrı-ayrı sahələrindən şikayət etməsinə münasibət bildirib: "Tras belədir, əgər xoşlarına gəlmirsə, evlərinə getsinlər".

Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
3-08-2017, 10:04 "Facebook"dan yenilik

bütün xəbərlər
____ Instagram ___