Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AŞPA-dan Ağdaşdakı seçkiyə ilk reaksiya
Tarix: 18-06-2016 | Saat: 16:45
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

AŞPA-dan Ağdaşdakı seçkiyə ilk reaksiya

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkiləri yerli və beynəlxalq müşahidəçilər izləyir.

APA-nın xəbərinə görə, Avropa Şurası Parlament Assamblesyasının (AŞPA) 4 müşahidəçisi - AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak, belçikalı senator, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi və AŞPA Katibliyinin əməkdaşı Boqdan Torkatoriu hazırda seçki məntəqələrində səsvermə prosesini müşahidə edirlər.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ilkin təəssüratlarını bölüşüb:

“Mən indiyədək 6 seçki məntəqəsində olmuşam. Seçkilərin şəffaf və demokratik keçməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. Seçicilər sərbəst seçimlərini edirlər. Səsverməni xeyli sayda yerli müşahidəçi də izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır. Müşahidələr zamanı gördüm ki, bəzi vətəndaşlar 90 saylı Ağdaş seçki dairəsi üzrə ötən ilin noyabrında keçirilən seçkilərin nə üçün ləğv olunması və təkrar seçkilərdə nəyə görə iştirak etdiklərini bilmirlər. Bəzi yerli müşahidəçilər də seçkilərdə nəyə diqqət yetirməli olduqlarını bilmirlər. Biz bəzi seçicilərin deputatlığa namizədlər barədə kifayət qədər məlumatlı olmadığını müşahidə etdik”.
AŞPA-dan Ağdaşdakı seçkiyə ilk reaksiya
AŞPA-dan Ağdaşdakı seçkiyə ilk reaksiya
AŞPA-dan Ağdaşdakı seçkiyə ilk reaksiya


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___