Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran Aşıqlar Birliyinin Sədri-AŞIQ SƏLCUQ ŞƏHBAZİ
Tarix: 18-06-2016 | Saat: 15:37
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV / Ekskluziv | çapa göndər

İran Aşıqlar Birliyinin Sədri-AŞIQ SƏLCUQ ŞƏHBAZİ

AĞCA QIŞLAQLI AŞIQ SƏLCUQ ŞƏHBAZİ

Aşıq Səlcuq Şəhbazi 1962-ci ildə qış fəslindən 6 gün keçmiş Miyananın Ağcaqışlaq kəndində dünyaya göz açıb. 1975-ci ildə Şükür kişi Tehrana köçərək Nemətabad məhəlləsində məskunlaşır. Səlcuq bir gün görür ki, qonşuda fərş mağazasında bir aşıq yaxşı saz çalıb oxuyur, camaat da yığılıb ona qulaq asır. Səlcuq utana-utana gəlib mağazanın yanında dayanır, aşığın sazına, sözünə qulaq asır. Burda olan adamlardan biri Yədullaya deyir ki, aşıq İmamzadə Həsəndə Qatar körpüsünün yanında bir sazbəndlə tanış oldum. Çox gözəl saz bağlayır və gözəl də saz çalır. Lap bulaq kimi qaynayır. Aşıq Yədulla deyir adı nədir? Deyir ki, adı Aşıq Əvəzdir. Aşıq Yədulla deyir: O mənim ustadımdır. Onun üstünə nə o tayda, nə də bu tayda bir aşıq yoxdu. Ancaq aşıqlığa getmir. Bunu eşidən Səlcuq öz-özünə deyir ki, nə gözəl oldu, mən sabah gedib ustad Aşıq Əvəzi tapacam və ondan aşıqlıq dərsi alacam. Səhəri gün gedib ustad Əvəzi tapır və ona danışır ki, ay ustad, mən aşıqlıq sənətini çox sevirəm, aşıq olmaq istəyirəm. Ancaq atam bilsə, məni evə qoymayacaq. Mən nə edim? Ustad Əvəz deyir: Bir hava çalıram, onu oxu mən sənin səsinə baxım, sonra deyərəm neyləyərsən. Ustad Əvəz bir hava çalır, Səlcuq da oxuyur. Ustad Əvəz Səlcuqun səsini çox bəyənib deyir: Oğul! Bundan belə mənim mağazam sənindi. Vaxtın olanda gəl həm saz bağlamağı, həm də saz çalmağı öyrədim. Saz almaq lazım deyil. Sən hər gün də gəlsən mən sənə dərs verərəm. Heç kimə də demə. Bir gün hamı görər ki, sən böyük bir sənətkarsan. Onda atan sənin saz çalıb oxumağından ləzzət alar, mən də sevinərəm. Səlcuq 4 il aşıq Əvəzdən aşıqlıq dərsi alır. Nə atası bilir, nə də camaat. Bir gün ustadına deyir: Ay ustad! Mən sabahdan əsgər gedirəm. Səlcuğa xeyir-dua verir. Səlcuq ustaddan ayrılır, 1980-ci ildə əsgər gedir. 2 il əsgərlikdən sonra gəlir görür ustadı dünyasını dəyişib. Sazsız qərarı gəlməyən Səlcuq gedir Tehranın “Xaksifid” məhəlləsində Çirişanlı Aşıq Hüseyn Əsədinən tanış olur. Sonra Çingiz və Fərrux Mehdipuru gətirir Nemətabada. Bir neçə il onlardan saz bağlamaq və saz çalmaq öyrənir. Bir vaxt Şükür kişi görür oğlu həm saz çalır, həm də saz bağlayır. 1988-ci ildə Səlcuq başlayır aşıqlığa.
Bir-iki ilin içində Tehranda və bütün Azərbaycanda Səlcuğun saz mağazası və çalıb oxuması dillər əzbəri olur. Hər yandan gəlirlər saz almağa və saz öyrənməyə. Nemətabad bir bala Bakı kimi tanınır. Bir gün professor doktor Məhəmməd Hüseyn (Düzgün) aşığa deyir: Aşıq! bütün tələbələrin yanında hörmətin var, hamısı səni ürəkdən sevirlər. Elə mənim də könlümə yatıbsan. Bundan sonra mən səni Azərbaycanın Milli Aşığı adlandırıram və sənin adını da Aşıq Səlcuq qoyurum. Aşıq Səlcuq 1989-cu ildə “Azərbaycan aşıqları” kollektivini yaradır. Çox çalışdıqdan sonra İranın radio və televizyasında aşıq musiqisini rəsmiləşdirir. 7 il radio və televiziyada cıxış edir. 1999-cu ildə kollektivinin adını dəyişib “Dədə Qorqud Aşıqları” adlandırır. 1992-ci ildə Azərbaycana səfər edir. Gəncədə aşıq diplomuna layiq görülür. 2005-ci ildə “El səsi” adında bir şeir kitabı işıq üzü görüb. 2006-cı ildə Dədə Qorqud kitabının Qazanxan dastanını müasir aşıq dilinə çevirib və Dədə Qorqud aşıqları ilə ifa edib. 2007-ci ildə “Təpədən dırnağa Azərbaycanam” şeir kitabı Xalq Şairi Zəlimxan Yaqubun yazdığı müqəddimə ilə nəşr olunub.
Dədə Qorqud aşıqları 2010-cu ildə Azərbaycanda keçirilən birinci Beynəlxalq aşıq Festivalında Azərbaycanın Mədəniyyət və Turizm Naziri çox hörmətli Əbülfəz Qarayevin şəxsi dəvəti ilə Festivalda iştirak edib. Aşıq Səlcuq Şəhbazi 2010-cu ildə İranda “musiqi evində” İran aşıqlarının nimayəndəsi seçildi.2015-də “Xaneyi İran Aşıqlari” İRAN AŞIQLAR BİRLİYİ dövlət səviyəsində fəaliyətinə icazə alıb və bu birliyin QURUCUSU
Aşıqlar birliyinin sədri seçilir. Elə həmin ildə “Aşıq Dastanları” kitabı işıq üzü görür. ”İran Aşıqları və ədəbiyyatı” kitabı aşıq Səlcuq Şəhbazinin 3 ildə çəkdiyi zəhmətin bəhrəsidir. Aşıq sənətində 7 klassik aşıq havasının yaradıcısıdır.
İran Aşıqlar Birliyinin Sədri-AŞIQ SƏLCUQ ŞƏHBAZİ
İran Aşıqlar Birliyinin Sədri-AŞIQ SƏLCUQ ŞƏHBAZİ




1 6458 dəfə oxunub.

Digər xəbərlər
Tarix: 20 iyun 2016 01:00
Uğurlar arzulayıram...
bütün xəbərlər
____ Instagram ___