Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ucar sakini öz evini yandırdı
Tarix: 17-06-2016 | Saat: 15:20
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ucar sakini öz evini yandırdı

Ucar sakini yaşadığı evi yandırıb.

APA-nın xəbərinə görə, hadisə bu gün Ucar rayonunun Qazyan kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü Yaşar Məcid oğlu Qafarova məxsus 2 mərtəbəli evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 160 kvadratmetr olan ev, əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. İlkin məlumata görə, yanğını içkili vəziyyətdə olan ev sahibi Y. Qafarov həyat yoldaşı ilə mübahisə etdikdən sonra yandırıb.

Yaxınları bildirib ki, içki aludəçisi olan Y. Qafarov son günlər evdə tez-tez dava-dalaş salır və bu barədə hətta Ucar rayon Polis Şöbəsinə də məlumat verilib. Lakin onun barəsində heç bir tədbir görülməyib. Hadisənin dəqiq baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.
Ucar sakini öz evini yandırdı
Ucar sakini öz evini yandırdı
Ucar sakini öz evini yandırdı


Xəbəri paylaş

7238 dəfə oxunub.

Digər xəbərlər
8-06-2016, 14:25 Rusiya nəhəngi çökür

bütün xəbərlər
____ Instagram ___