Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əliabad kəndinə ilk dəfə qaz verildi
Tarix: 16-06-2016 | Saat: 19:25
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Əliabad kəndinə ilk dəfə qaz verildi
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq iyunun 16-da Cəlilabad rayonunun Əliabad kəndinə ilk dəfə təbii qaz verilib.

"Xəbəraz.az "SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Qeyd olunub ki, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Cəlilabadda da geniş quruculuq-abadlıq işləri, sosial layihələr həyata keçirilir. Hazırda Azərbaycan Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına 20 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən 20 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunda asfaltlaşdırma işləri sürətlə davam etdirilir, Cəlilabad şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi yenidən qurulur. Həmçinin rayonda yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir, yaşayış məntəqələri qazlaşdırılır.

Kənd sakinləri onların yaşayış səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Xəbəri paylaş

7758 dəfə oxunub.

Digər xəbərlər
1-04-2015, 13:41 Yol polisini döydülər

bütün xəbərlər
____ Instagram ___