Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Britaniya referendumunda Türkiyə sualı
Tarix: 16-06-2016 | Saat: 17:56
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Britaniya referendumunda Türkiyə sualı

Türkiyənin Aİ-yə mümkün üzvlüyü hazırda Britaniyada davam edən Avropa referendumunda debatları qızışdırıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə İngiltərənin “Qardian” qəzeti yazıb.

Qəzet bildirib ki, bu referendumda britaniyalılar ölkələrinin Avropa İttifaqında qalıb-qalmaması məsələsinə səs verməlidirlər.

Nəşrin bildirdiyinə görə, ittifaqı tərk etmək istəyən düşərgənin kampaniyası Türkiyənin mümkün üzvlüyü məsələsindən təbliğat məqsədilə istifadə edir:

“Bu düşərgə elektorata təlqin etməyə çalışır ki, Britaniya Aİ-ni tərk etməsə, o da başqa ittifaq üzvləri kimi Türkiyə vətəndaşlarına açıq ölkə elan ediləcək.

İttifaqda qalmağı dəstəkləyən düşərgə isə inandırmağa çalışır ki, Türkiyənin Aİ-yə üzvlüyü yaxın gələcəkdə realistik baxımdan mümkün deyil.

Onlar bildirirlər ki, Türkiyənin üzvlüyü barədə danışıqlar 2005-ci ildə başlanıb, lakin bu müddətdə üzvlük üçün lazım olan 35 müqavilə fəslindən yalnız biri üzərində iş başa çatıb”.

“Siz öz yolunuzla gedin, biz də öz yolumuzla...”

Qəzet yazır ki, əvvəllər Türkiyənin Aİ-yə üzvlüyü məsələsini təkcə Kipr məsələsi əngəlləyirdisə, indi bu maneələrə ölkədə getdikcə pisləşməkdə olan insan haqlarının vəziyyəti və qanunun aliliyi prinsipinin pozulması da əlavə olunub.

Məqalədə deyilir ki, Türkiyə üçün vizasız gediş-gəliş rejimi verilməsinin ləngiməsi geniş şəkildə gözlənilirdi, lakin bundan bir gün əvvəl Avropa İttifaqının Türkiyədəki səfiri Hansjörg Haber də vəzifəsindən istefa verib.

Bu vəzifəyə ötən ilin avqustunda təyin edilmiş alman diplomat Ankara tərəfindən Türkiyənin dəyərlərinə və Prezident Rəcəb Tayyib Ərdoğana hörmətsizlikdə günahlandırılıb.

Qəzetin bildirdiyinə görə, Türkiyə ilə viza razılaşmasının imzalanmasının baş tutacağına şübhələr prezident Ərdoğan baş nazir Əhməd Davudoğlunu vəzifəsindən getməyə məcbur edəndən sonra daha da güclənib:

“Bununla yanaşı Ərdoğan antiterror qanunlarına düşəliş etməyəcəyini elan edib və Avropaya müraciətlə “siz öz yolunuzu gedin, biz də öz yolumuzu” deyib”.


Xəbəri paylaş

6848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___