Prezident AŞPA məruzəçilərini qəbul etdi
Tarix: 15-06-2016 | Saat: 13:01
Bölmə:Karusel / İqtisadiyyat / İdman / M2 | çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.
"Xəbəraz.az "xəbər verir ki, həmməruzəçilər Bakıda keçiriləcək Formula-1 yarışlarının beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyini vurğulayıblar.
Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığa toxunan qonaqlar bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıblar. Həmməruzəçilər “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan prezidentinin Sərəncamının və "Amnistiya aktı haqqında" qanunun qəbul edilməsinin Avropa Şurası tərəfindən alqışlandığını deyib, bunların önəmini vurğulayıblar.
Dövlət başçısı Azərbaycanla Avropa Şurası arasında uzun illər səmərəli və konstruktiv əməkdaşlığın həyata keçirildiyini bildirib, əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən biri olduğunu deyib, əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
7288 dəfə oxunub.
Digər xəbərlər

12-04-2019, 17:52
Təhsil naziri: "İntihar baş verən məktəbin direktoru işdən azad edilib"
18-12-2017, 11:11
Tanınmış aparıcının ərə getməyə hazırlaşdığı keçmiş nazirin oğlu özünü öldürdü - İntihardan bir neçə dəqiqə öncə... - FOTO
30-05-2017, 17:32
Bakıda Avropa çempionu özünü 10-cu mərtəbədən atdı - Foto
28-11-2022, 10:28
Bu ərazilərə qar yağacaq
3-05-2020, 04:46
Bloger Ata Abdullayev döyüldü
15-10-2015, 00:40
Məleykə Əsədovaya verilən bu dəfəki hədiyyə - qeyri-adi oldu - VİDEO
22-06-2017, 21:13
Siqaret çəkənlərə PİS XƏBƏR - CƏRİMƏLƏNƏCƏKSİNİZ
4-11-2015, 22:35
İlhamə Quliyeva xəstəxanaya yerləşdirildi
14-08-2015, 17:51
Ancelina cizgi filminin prodüsseri oldu (FOTO)
30-11-2022, 11:16
Xatirənin ikinci övlad arzusu: "Çox çalışdım, amma..."