Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əliyev və Ruhani otuz ay ərzində... - Səfir
Tarix: 13-06-2016 | Saat: 19:16
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Əliyev və Ruhani otuz ay ərzində... - Səfir
Azərbaycan ilə İran arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani ötən otuz ay ərzində altı dəfə görüşüblər. Bu görüşlərdə əldə edilən razılaşmalar Azərbaycan və İran xalqlarının maraqlarına xidmət edir.

"Xəbəraz.az "xəbər verir ki, bu fikirlər Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun ölkənin ədliyyə naziri Mustafa Purməhəmmədi ilə görüşündə səsləndirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir bildirib ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib. İşğal altındakı ərazilərdə dini abidələr, o cümlədən məscidlər təhqirə məruz qalıb və dağıdılıb. Ermənilərin Ağdam Cümə məscidində heyvan saxladıqları, hazırda isə onu hərbi qərargaha çevirdikləri və minarələrindən müşahidə qülləsi kimi istifadə etdikləri diqqətə çatdırılıb.

Səfir vurğulayıb ki, Azərbaycan xalqı və hökuməti işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmasını arzu edir.

Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Azərbaycan-İran dəmir yolu xətlərinin birləşdirilməsi istiqamətində fəal iş aparıldığı vurğulanıb.

Səfirə fəaliyyətində uğurlar arzulayan ədliyyə naziri M.Purməhəmmədi ölkələrimiz arasındakı sərhədin yalnız siyasi xarakter daşıdığını bildirib. Nazir Azərbaycanın təhlükəsizliyinin İranın təhlükəsizliyi kimi qəbul edildiyini vurğulayaraq Dağlıq Qarabağ problemindən nigaran olduqlarını deyib. Qeyd edilib ki, Dağlıq Qarabağ islam torpağıdır və Azərbaycana məxsusdur. O, İranın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.

Nazir ədliyyə sahəsində ölkələrimiz arasında münasibətlərin qənaətbəxş olduğunu qeyd edib. Bu sahənin tələblərindən irəli gələn bütün məsələləri əhatə edən müvafiq sənədlərin də imzalandığını bildirib. O, iranlı məhkumların ekstradisiyası ilə bağlı görülən tədbirlərə görə Azərbaycanın ədliyyə rəsmilərinə təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



4578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___