Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağ küçələrində “Leksus”da gəzən qadının sirri
Tarix: 13-06-2016 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

Qarabağ küçələrində “Leksus”da gəzən qadının sirri

Yaxın zamanlarda Ermənistanın siyasi həyatında hansısa dəyişikliklərin olacağı labüddür.

Bunu Cebhe.info-ya açıqlamasında BDU-nun Tarix fakültəsinin Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdiyev deyib.

Onun sözlərinə görə, Qarabağın keçmiş müdafiə naziri Samvel Babayanın Xankəndinə qayıtması Ermənistanın siyasi həyatında canlanmaya səbəb olub:

“Qarabağ ermənilərinin diqqəti isə başqa bir məqama yönəlib. Belə ki, həmin ərəfədə Xankəndinin küçələrində keçmiş prezident Köçəryanın ailəsinə məxsus olan LX570 markalı “Leksus” maşınının tez-tez görünməsi diqqəti daha çox cəlb etməyə başlayıb. Bununla yaxından maraqlanan şəhər əhalisinin əldə etdiyi məlumata görə, bu dəfə qara “Leksus”la Qarabağa təkcə Robert Köçəryan yox, həm də arvadı Bella Köçəryan da gəlib. Uzun müddətdir ki, Qarabağda gözə dəyməyən Bella Köçəryanın birdən-birə burada peyda olması (özü də Samvel Babayanın gəlişi ərəfəsində) ondan xəbər verir ki, yaxın zamanlarda Ermənistanın siyasi həyatında hansısa dəyişikliklərin olacağı labüddür”.


Xəbəri paylaş

1 2988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___