Azərbaycanda ilk: Bu jurnal çap olundu
Tarix: 13-06-2016 | Saat: 13:32
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalı işıq üzü görüb.
Fondun mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, jurnalda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi”, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin “Точная идеологическая цел-мультикультурализм”, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək…”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur” məqalələri yer alıb.
Bundan başqa, jurnalda tanınmış yazarlar - Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə Qurbanlının müxtəlif mövzularda maraqlı yazılarını, Alikin, Feyziyyənin, Günel Şamilqızının, Rəbiqə Nazimqızının şeirləri də yer alıb.
Jurnalın “Höte zalı” bölməsində Amerika yazıçısı Harri Harrisonun “Aşkelon küçələri” fantastik hekayəsi çap edilib.
Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

1-03-2022, 09:13
“Nüvə müharibəsindən narahat olmağa ehtiyac yoxdur” - Bayden
10-07-2016, 14:29
Həftənin ilk gününün hava proqnozu - LEYSAN, DOLU, KÜLƏK...
9-04-2017, 12:51
İndoneziyada 6 İŞİD-çi öldürüldü
16-05-2018, 14:53
"İstirahət mərkəzində fahişəliklə məşğul olmuşam" - MƏHKƏMƏ
28-07-2017, 10:18
DİM abituriyentlərə müraciət etdi - KOMİSSİYA YARADILIB
10-02-2021, 18:43
Əhəd Abıyevin 10 AA 457 nömrəli 350 minlik avtomobili tapıldı-Dövlət Gömrük komitəsinin qarşısında
25-12-2022, 12:17
Alimlərdən qorxunc xəbərdarlıq - "Əsrin sonuna qədər..."
27-12-2015, 13:13
Tornado ABŞ-da 17 can aldı VIDEO
26-07-2019, 17:26
Məşhur restoranda “şumlama əməliyyatı”: - Qurdlar süfrəsindəki bölgüdə kimlərin adı var?