Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramazanda makiyaj olar?
Tarix: 13-06-2016 | Saat: 12:39
Bölmə:Karusel / Gündəm / M2 / İbadət | çapa göndər

Ramazanda makiyaj olar?
Orucluqla bağlı mübahisəyə səbəb olan məqamlar.


"Xəbəraz.az " xəbər verir ki, Ramazanla əlaqədar çoxlarını narahat edən sullar var. Məsələn, müqəddəs ayda olar-olmazlar. ANS PRESS bu tipli bir neçə suala cavab tapmağa çalışıb.

"Ramzanda makyaj etmək olarmı?" - bu sual işləyən xanımları daha çox düşündürür. Tonal krem, kirşan və göz makiyajı ləvazimatlarından istifadə etmək orucu pozmaz. Dodaq boyasının tüpürcəklə qarışıb boğazdan aşağı getmək ehtimalı olduğu üçün çoxları Ramazandan ondan istifadə etməkdən çəkinir. Bu səbəbə görə oruc vaxtı dodağa boya sürtmək məsləhət görülmür. Dodaq boyasından istifadə bir qədər mübahisəli mövzudur. Dodaqlara bir başa olaraq hopan boyalar orucu pozmaz. Lakin bütün dodaq boyalarının dəri vasitəsi ilə sorulacağına əmin olmaq çətin məsələdir. Odur ki bir qədər ehtiyyatlı olmaq lazımdır.

Ağız tərəvətləndirici vasitələrdən istifadə etmək də qadağan edilməyib. Bu kimi vasitələrdən qida borusuna daxil olmaması şərti ilə istifadə edilməlidir. Belə olan halda oruc pozulmaz.

Orucluq vaxtı vitaminli, qidalandırıcı kremlərdən istifadə etmək də çox insanı düşündürən suallardandır. Oruc tutan şəxslər bu cür kosmetik vasitələrdən üz və əl kremlərindən istifadə edə bilər.

Saqqız çeynəmək olar?

Digər bir mübahisəli sual isə oruc adamın saqqız çeynəməsidir. Saqqız çeynəmək orucu pozmaz lakin elə etmək lazımdır ki, saqqızın şirəsi boğaz kanalından mədəyə daxil olmasın. Saqqız çeynədikdə onun bir hissəsi insanın boğazına qaça bilər. Başqa cür desək, saqqızın udulmaq ehtimalı var. Ona görə də bu vərdişi tərgidə bilməyənlər ehtiyyatlı olmalıdır.

Əgər ağızdakı yemək qırıntılarını təmizləmək və pis qoxunu aradan aparmaq üçün saqqız çeynənirsə, bunu etmək günah deyil. Mənasız yerə, əyləncə və baş qatmaq üçün saqqız çeynəmək isə bəyənilmir.


Xəbəri paylaş

7228 dəfə oxunub.

Digər xəbərlər
21-06-2015, 18:20 Rauf Əliyev "İnter"də

bütün xəbərlər
____ Instagram ___