Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Problemli kreditlərin həcmi artdı
Tarix: 13-06-2016 | Saat: 12:30
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Problemli kreditlərin həcmi artdı

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin may ayının 1-ə 1 mlrd. 381,3 mln. manat təşkil edib.

APA Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, illik müqayisədə 124,7 mln. manat və ya 9,92% çoxdur.

Bu ilin mart ayı ilə müqayisədə apreldə problemli kreditlərin həcmi 54,8 mln. manat və ya 4,13% artıb.

Hesabat dövründə milli valyutada 9 mlrd. 723,1 mln. manatlıq kredit verilib ki, bunun da 726,2 mln. manatının və ya 7,47%-nin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 9 mlrd. 35,6 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 655,1 mln. manat və ya 7,25% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 52,57%, xarici valyutada isə bu göstərici 47,43% təşkil edir.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 7,4% təşkil edir. Xatırladaq ki, martda bu göstərici 6,7% olub.


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___