Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AÇ-2016-da bu gün: Türkiyə Xorvatiyaya qarşı
Tarix: 12-06-2016 | Saat: 13:10
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

AÇ-2016-da bu gün: Türkiyə Xorvatiyaya qarşı
Bu gün AÇ-2016-nın qrup mərhələsi çərçivəsində daha üç oyun keçiriləcək.

"Xəbəraz.az " xəbər verir ki, azərbaycanlı futbol azarkeşlərinin diqqəti Parisdə olacaq. Ölkəmizdə yetərincə azarkeşi olan Türkiyə millisi Xorvatiya ilə qarşılaşacaq.

Günün ikinci oyununda Polşa və Şimali İrlandiya üz-üzə gələcək. Bu millilərin mübarizə apardığı C qrupunun favoriti Almaniya olduğundan, qrupun digər yığmaları xal qazanmaq üçün əsasən, öz aralarındakı oyunlara diqqət ayıracaqlar. Bu matç həm də, millimizin çalışdırıcısı Robert Prosineçkinin də diqqət mərkəzində olacaq. Belə ki, Şimali İrlandiya yığması millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindəndir.

C qrupunun bu gün keçiriləcək son matçında DÇ-2018-in seçmə mərhələsindəki digər rəqibimiz Almaniya Ukrayna ilə qarşılaşacaq. Almanlar nəinki bu oyunun, ümumilikdə Avropa çempionatının favoriti hesab olunur.

AÇ-2016. Qrup mərhələsi, 1-ci tur

12 iyun

D qrupu
17:00 Türkiyə - Xorvatiya
Baş hakim: Yonas Eriksson
Paris. "Stad de Frans" stadionu

C qrupu
20:00 Polşa - Şimali İrlandiya
Baş hakim: Ovidiu Alin Hateqan
Nitsa. "Nitsa" stadionu

23:00 Almaniya - Ukrayna
Baş hakim: Martin Atkinson
Lill. "Pyer Mauro" stadionu


Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___