Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Laboratoriya müdirləri işdən çıxarıldı
Tarix: 11-06-2016 | Saat: 19:18
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Laboratoriya müdirləri işdən çıxarıldı
İyunun 11-də Kənd Təsərrüfatı Nazirliyində "Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrə dair" geniş tərkibdə iclası keçirilmişdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti mətbuat xidmətindən "Xəbəraz.az "-a verilən məlumata görə, iclasda nazirliyin kollegiya üzvləri, şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri, Baytarlıq Xidmətinin məsul işçiləri, Bakı şəhər Baytarlıq İdarəsinin rəhbərliyi və tabeliyində olan baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müdirləri, sahə baytarlıq məntəqələrinin müdirləri, eləcə də Respublika Baytarlıq Laboratoriyasının mütəxəssisləri iştirak etmişlər.

İclası kənd təsərrüfatı naziri Heydər Əsədov açaraq ölkə rəhbəri tərəfindən aqrar sektora göstərilən diqqət və qayğıdan, həyata keçirilən institutsional islahatlardan danışaraq, respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında Baytarlıq Xidmətinin müstəsna rolu olduğunu qeyd etdi. Möhtərəm Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi önəm verildiyini qeyd edən nazir ölkə başçısı tərəfindən aqrar sahədə çalışan mütəxəssis və sahibkarlar qarşısında mühüm vəzifələr qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

İclasda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Bakı şəhər Baytarlıq İdarəsinin fəaliyyəti və mövcud nöqsanlar barədə geniş və əhatəli məlumat vermişdir.

İclasda baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının fəaliyyəti barədə hər bir baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının (BSEL) rəhbərinin məlumatı dinlənildi.

İclasda işdə ciddi nöqsanlara yol verdiklərinə və işlərini günün tələbləri səviyyəsində qura bilmədiklərinə, alınmış müasir baytarlıq laboratoriya avadanlıq və reaktivlərindən səmərəli istifadəsini təmin etmədiklərinə görə 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova və 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva tutduqları vəzifədən azad edilmiş; 9 saylı BSEL-in müdiri Almaz Bağırova, 10 saylı BSEL-in müdiri Canbaxış Vəliyevə, 17 saylı BSEL-in müdiri Saleh Arazova axırıncı xəbərdarlıq olmaqla şiddətli töhmət; 18 saylı BSEL-in müdiri Əlixan İbrahimova, 23 saylı BSEL-in müdiri Yusif İbrahimova, 24 saylı BSEL-in müdiri Süleyman Əhmədova, 5 saylı BSEL-in müdiri Ramazan Eminova töhmət verilmiş, 8 saylı BSEL-in müdiri Ramiz Əsgərova, 13 saylı BSEL-in müdiri Əbülfət Əsədova xəbərdarlıq edilmiş, qısa müddətdə işlərində dönüş yaratmadıqları təqdirdə daha ciddi tədbirlər görüləcəyi nəzərlərinə çatdırılmışdır.

İclasa yekun vuran nazir Heydər Əsədov bu sahədə mövcud nöqsanların aradan qaldırılması məqsədilə laboratoriyaların maddi-texniki bazasının yaxşılaşdırılması, dərman vasitələri ilə təmin edilməsi, uçot-hesabat işlərinin lazımı səviyyədə aparılması, bu sahəyə gənc mütəxəssislərin cəlb olunması, heyvan kəsim məntəqələrinin və ət satışı mağazalarının yenidən qeydiyyatının aparılması, keyfiyyətsiz ətlərin satışının qarsısının alınması üçün baytarlıq nəzarətinin gücləndirilməsi və mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması üçün baytarlıq mütəxəssislərindən ibarət monitorinq qrupunun yaradılmasını məqsədəmüvafiq hesab etdi.

28 BSEL-nın müdir vəzifələrinə, şəffaflıq yolu ilə yeni rəhbərlər təyin olundu.


Xəbəri paylaş

9098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___