Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir Akademiyanın həqiqi üzvü seçildi - Foto
Tarix: 10-06-2016 | Saat: 21:37
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Nazir Akademiyanın həqiqi üzvü seçildi - Foto

Əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə Akademiyanın həqiqi üzvü seçilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildiriblər ki, bununla əlaqədar Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının diplomunu S.Müslümova təqdim edib. Ə.Canəhmədov bildirib ki, Beynəlxalq Mühəndislik Akademiyası mühüm elmi əhəmiyyətli araşdırmaları və nailiyyətləri ilə seçilən, eyni zamanda, elmi nailiyyətlərin praktik tətbiqinin genişlənməsinə dəyərli töhfələr verən elm xadimlərini daim öz sıralarına cəlb edir. Bu baxımdan iqtisad elminə töhfələrinə, elmi nailiyyətlərin sosial-iqtisadi sferada səmərəli tətbiqində xidmətlərinə görə iqtisad elmləri doktoru, professor S.Müslümovun Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilməsi barədə qərar qəbul olunub.

S.Müslümov sosial-iqtisadi sistemlərin səmərəliliyinin artırılması üçün islahatların məhz elmi yanaşmalar əsasında aparılmasının vacibliyini qeyd edib, ölkəmizin bugünkü inkişaf modelinin də elmi əsaslara söykəndiyini vurğulayıb. Nüfuzlu beynəlxalq elmi qurumlardan olan Beynəlxalq Mühəndislik Akademiyası tərəfindən göstərilən diqqətə və etimada görə minnətdarlığını bildirən S.Müslümov elmi fəaliyyətini qarşıdakı dövrdə də davam etdirəcəyini söyləyib.

Beynəlxalq Mühəndislik Akademiyası 1992-ci ildə təşkil olunub. Müstəqil elmi-texniki təşkilat kimi beynəlxalq səviyyədə elmi-texniki inkişafı, intellektual potensialın artırılması və iqtisadiyyatda tətbiqinin genişləndirilməsini dəstəkləyir. Mərkəzi ofisi Moskva şəhərində yerləşən Akademiya tərkibində ayrı-ayrı dövlətlərin prezident və hökumət başçılarını, görkəmli alimləri, ictimai xadimləri, böyük elmi və sənaye qurumlarının rəhbərlərini birləşdirir. 2005-ci ildə yaradılan Azərbaycan Mühəndislik Akademiyası ilə Beynəlxalq Mühəndislik Akademiyası arasında fəal əməkdaşlıq həyata keçirilir.


Xəbəri paylaş

7828 dəfə oxunub.

Digər xəbərlər
10-05-2017, 11:19 İbrahim Erkal ölməyib?

bütün xəbərlər
____ Instagram ___