Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rakitiç: "Arda mənə Prosineçkini xatırladır"
Tarix: 10-06-2016 | Saat: 20:13
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Rakitiç: "Arda mənə Prosineçkini xatırladır"

Komandama inanıram. Böyük klublarda oynayan, təcrübəli və gənc futbolçulardan ibarət komandayıq. Doğru yoldayıq. Azarkeşlərimizi qürurlandırmaq üçün əlimizdən gələni edəcəyik.

Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu İvan Rakitiç "Avro-2016"nın final mərhələsi öncəsi keçirilən mətbuat konfransında deyib.

Qrup mərhələsinin ilk matçında qarşılaşacaqları Türkiyə ilə oyun haqda danışan "Barselona"nın futbolçusu rəqibin heyətində Arda Turanı fərqləndirib.

Rakitiç "Barselona"dakı komanda yoldaşının oyun üslubunun ona Xorvatiya millisinin sabiq futbolçusu, hazırda Azərbaycan yığmasını çalışdıran Robert Prosineçkini xatırlatdığını bildirib: "Arda insan olaraq mükəmməl biridir. Daima gülümsəyir və zarafat etməyi xoşlayır. İstedadı haqda danışsaq, bir kitabı doldurmağımız lazım gələcək. Topla çox gözəl oynayır. Mənə Xorvatiya millisinin sabiq futbolçusu Robert Prosineçkini xatırladır. Ona qarşı yaxşı hazırlaşmalıyıq. Arda qapıya yaxınlaşarkən çox təhlükəli olur. Müdafiədə diqqətli oynamalıyıq".


Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___