Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rus deputat da İrəvanın bu əməlinə etiraza qalxdı
Tarix: 10-06-2016 | Saat: 19:15
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rus deputat da İrəvanın bu əməlinə etiraza qalxdı

Rusiya Dövlət Dumasının deputatı Maksim Şinqarkin Ermənistanda II Dünya müharibəsi zamanı Hitler Almaniyasının tərəfində döyüşmüş Qaregin Njdeyə abidə qoyulması ilə əlaqədar xarici işlər naziri Sergey Lavrova ünvanlanmış sorğu hazırlayıb.

APA xəbər verir ki, M. Şinqarkin sorğusunda nasizmlə əlbir olmuş şəxslərin qəhrəmanlaşdırılmasının yolverilməzliyini xatırladaraq S. Lavrovdan Ermənistana qarşı diplomatik tədbirlər görülməsini tələb edir. “Bu kimi halların dost, qardaş Ermənistanda baş verməsini izləmək qəribədir ”, - deyə deputat bildirib.

Qeyd edək ki, bu ilin mayın 28-də, Ermənistanın Respublika Günündə, İrəvanda Qaregin Njdenin abidəsinin açılışı olub. Açılış mərasimində Ermənistan prezidenti və yüksək səviyyəli şəxslər iştirak ediblər.


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___