Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
FHN-də Formula-1 könüllüləri ilə görüş - Foto
Tarix: 10-06-2016 | Saat: 17:42
Bölmə:Karusel / Siyasət / Gündəm / M2 | çapa göndər

FHN-də Formula-1 könüllüləri ilə görüş - Foto

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 10 iyun 2016-cı il tarixində Formula-1 üzrə Avropa Qran-prisinin könüllüləri ilə görüş keçirilib.

FHN-dən Axar.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan FHN Baş əməliyyat idarəsi Əməliyyatların idarə edilməsi və planlaşdırılması idarəsinin rəisi polkovnik Cavanşir Həşimov könüllülərin ötən il keçirilmiş birinci Avropa Oyunlarındakı fəaliyyətini yüksək qiymətləndirərək onların Formula-1 Avropa Qran-prisi yarışlarına da cəlb olunmasının çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.

O, qarşıdan gələn mötəbər tədbirdə də könüllülərin üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklərindən əminlik ifadə edib.

FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsinin arxasında sabitlik və inkişafın dayandığını vurğulayaraq bildirib ki, idmançılarımızın uğurları ilə yanaşı, könüllülərin fəaliyyəti də Azərbaycan gənclərinin yüksək vətənpərvərlik səviyyəsindən xəbər verir.

Sonra könüllülərə FHN Akademiyasının fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə meneceri Atif Qənbərov yüksək səviyyəli əməkdaşlığa və göstərilən hərtərəfli yardıma görə FHN-ə təşəkkür edib və könüllülərin bu təlimlərdən əhəmiyyətli bilgilər əldə edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə FHN-in əməkdaşları Formula-1 yarışlarında hər hansı fövqəladə hadisə baş verəcəyi təqdirdə atılacaq addımlar, davranış qaydalarına dair məruzələrlə çıxış edib, tamaşaçıların təxliyyəsi, ilkin tibbi yardım barədə məlumat veriblər.

FHN-in əməkdaşları könüllüləri maraqlandıran sualları da cavablandırıblar.

Tədbirdə şərti xəsarət almış şəxslərə ilkin tibbi yardımın göstərilməsi və yanğınsöndürənlər tərəfindən şərti yanğın zamanı alovun qarşısının odsöndürən balonlar vasitəsilə alınması üsulları əyani göstərilib.

Görüşdə birinci Avropa Oyunlarında fərqlənən könüllülərə FHN adından hədiyyələr də təqdim edilib.
FHN-də Formula-1 könüllüləri ilə görüş - Foto
FHN-də Formula-1 könüllüləri ilə görüş - Foto


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___