Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pilotlarımız Rusiyada şou göstərəcək
Tarix: 10-06-2016 | Saat: 12:11
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


Pilotlarımız Rusiyada şou göstərəcək
Rusiyanın Ryazan vilayətində keçiriləcək "AVİADARTS-2016" müsabiqəsində Azərbaycandan olan pilotlarda iştirak edəcək.

ANS-in məlumatına görə, "Dubroviçi" aviapoliqonunda baş tutacan müsabiqədə Rusiya hərbi kosmik qüvvələrinin pilotlarından başqa, Çin, Belarus, Qazaxıstan, Pakistan və Azərbaycan Hərbi Hava Qüvvələrindən olan komandalar iştirak edəcək.

Birinci iki yeri tutan pilotlar avtomobillə mükafatlandırılacaqlar.

"AVİADARTS" hərbi pilotlar arasında şərti düşmənin hava hücumundan müdafiə sistemlərinin dəf olunması, idarəolunmayan raketlər, aviasiya silahları və idarəolunan tankəleyhinə raketlər vasitəsi ilə yerdə olan hədəflərin vurulması üzrə tapşırıqları icra edəcəklər.

Azərbaycan pilotlarının qatıldığı sonuncu təlimlər "Anadolu Qartalları" olub. Mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak ediblər. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunub.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___