Ermənistanda hərbi hissələr belə talanır – Foto
Tarix: 10-06-2016 | Saat: 10:58
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Ermənistanda hərbi qulluqçular üçün hazırlanmış hazır qidalar İrəvanın mərkəzindən kənar inzibati rayonların ərazisindəki mağazalarda mülki əhaliyə satılır.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.
Ermənistan mətbuatında yer alan xəbərlərə görə, İrəvanda müstəqil Antikorrupsiya Birliyinin apardığı yoxlamalar zamanı Erebuni, Nubaraşen və Kanaker - Zeytun inzibati rayonlarının ərazisindəki mağazalarda külli miqdarda Müdafiə Nazirliyinə məxsus və qadağan olunan hazır qidaların satıldığı aşkar olunub. Məhsulların haradan gətirildiyi və kimlər tərəfindən mağazalara paylandığı barədə mağaza sahibləri danışmaqdan imtina ediblər.
Hazır qidaların sözügedən rayonların hərbi hissələrindən daşındığı ehtimal olunur. Müstəqil Antikorrupsiya Birliyi hazırladığı hesabat və şəkilləri Ermənistan Müdafiə Nazirliyinə sorğu üçün göndərsə də, nazirlikdən heç bir cavab almaq mümkün olmayıb.
Qeyd edək ki, bir müddət öncə Ermənistan mətbuatında Müdafiə Nazirliyinə məxsus konservləşdirilmiş qida və hərbi geyimlərin Polşa, Rumıniya və Çexiya mağazalarında satıldığı ortaya çıxmışdı.
Xəbəri paylaş
7358 dəfə oxunub.
Digər xəbərlər

1-02-2019, 19:13
Əli Həsənovun oğluna yüksək vəzifə verildi
9-01-2023, 14:22
Azərbaycanda toya gedən ailə dəhşətli qəzaya düşdü - 3 nəfər öldü
12-03-2015, 09:09
Hadı Rəcəbli müəllimlərə işdən sonra fəhləlik təklif edir- Müsahibə
3-07-2015, 10:06
Biznes ortağını öldürən keçmiş yol polisinin cəzası azaldıldı – FOTO
10-06-2019, 14:03
Azərbaycanda boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK HƏDDİ
22-05-2023, 12:34
"28 may tarixini rekord səslə başa vuracağıq" - Ərdoğan
17-03-2017, 12:09
Kamil Zeynallı məhkəməni uddu - 50 min ödəməyəcək
17-05-2016, 22:17
Nazir Şirvana gedir
24-08-2020, 10:17
Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı