Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Minskə hər gəlişim bayramdır"
Tarix: 09-06-2016 | Saat: 19:45
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / M2 | çapa göndər

"Minskə hər gəlişim bayramdır"
Minskə hər gəlişim bayramdır.

"Xəbəraz.az " xəbər verir ki, tanınmış bəstəkar-müğənni, aktyor, Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlu bu fikri Belarus Teleqraf Agentliyinin (BELTA) saytında “İncəsənət diplomatiyası” onlayn-konfransında bölüşüb.

P.Bülbüloğlu deyib: “Minskə hər gəlişim bayramdır. Özü də bu, hələ sovet dövründən belədir. Artist olanda Belarusda, özü də təkcə Minskdə yox, Brest, Baranoviçi və Pinskdə qastrollarda çox olmuşam. Hətta sovet dövründə hər hansı şəhərə gələndə qayda-qanun, təmizlik, nizam-intizam hiss olunurdu. Salona daxil olursan, musiqi aləti həmişə köklənib, pərdə işləyir, artistin otağı təmiz və rahatdır. Səliqəlilik, təmizlik və qonaqpərvərlik Belarus xalqının səciyyəvi xüsusiyyətləridir. İş elə gətirib ki, 1990-cı illərin ortalarında ziyalıların görüşü məhz Minskdə olub. Bu, Sovet İttifaqı dağılandan sonra ilk belə görüş idi və nostalji xarakter daşıyırdı. Çoxdan bir-birini görməyən yaradıcı insanlar görüşürdülər və onların bir-birinə deməyə sözü çox idi. Onda çıxış yolları axtarmağa başladıq. Düşündük ki, münasibət saxlamaq, əlaqələri itirməmək üçün bəlkə müəyyən ictimai təşkilat yaratmaq lazımdır”. Sonralar P.Bülbüloğlu Azərbaycanın mədəniyyət naziri vəzifəsində Minskdə müxtəlif tədbirlərdə iştirak edib.

AZƏRTAC-ın xəbər verdiyi kimi, Polad Bülbüloğlu bu dəfə də Minskə çox xoş bir məramla gəlib. Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı onun “Eşq və ölüm” baletini səhnələşdirməyi qərara alıb. Balet UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən və 1300 ildən çox tarixi olan qədim türk eposu “Kitabi-Dədə Qorqud”un motivləri əsasında yazılıb. Bəstəkar deyib: “Mən bu eposdan məhəbbət, nifrət, dostluq, satqınlıq, məsuliyyət, doğma yurda, vətənə məhəbbət kimi ümumbəşəri hissləri, ümumfəlsəfi anlayışları götürdüm. Ümidvaram ki, burada hər kəs özü üçün nəsə tapacaq”.


Xəbəri paylaş

7568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___