Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə Qan Turalı ilə görüş keçirildi
Tarix: 09-06-2016 | Saat: 17:08
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Gəncədə Qan Turalı ilə görüş keçirildi
9 iyun 2016-ci il tarixdə Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan Yaradıcılıq Fondunun çap elədiyi kitablar və Qan Turalının "Fələk qırmancı" romanının müzakirəsi keçirilib.

Fondun mətbuat xidmətindən Kulis.az-a veriən məlumata görə tədbirdə GDU-nun müəllim və tələbə heyəti, oxucular iştirak edib.

Tədbiri giriş sözü ilə açan AYF-nin aparat rəhbəri Qismət Rüstəmov fondun çap elədiyi kitablar barədə görüş iştirakçılarına geniş məlumat verib. Qismət Rüstəmov bu il yeni kitabların da çap ediləcəyini bildirib. O qeyd edib ki, fondun çap etdiyi kitabların oxuculara çatması və yazarlarla birbaşa ünsiyyət üçün belə tədbirlərin keçirilməsi çox vacibdir, bu cür görüşlər mütəmadi olaraq təşkil ediləcək.

Daha sonra yazıçı Qan Turalı "Fələk Qırmancı" romanı barədə görüş iştirakçılarına məlumat verib. Tədbir iştirakçıları romanla bağlı müəlliflə öz fikirlərini bölüşüb. Sonda müəllifin imzalı kitabları və AYF-nin nəşrləri oxuculara paylanılıb.

Qeyd edək ki, Azərbaycan Yaradıcılıq Fondu istedadlı insanlara dəstək məqsədilə “Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası” seriyası adı ilə Ömər Xəyyamın “Sayrışan hallar”, İkinci Mahmudun “Ümid arısı”, Fəridə Məmmədovanın “Sevgili üçün notlar”, Alik Əlioğlunun “Günəş qalib gəldi”, Ramilə Qurbanlının “33 pərdəli dram”, Qan Turalının “Fələk qırmancı”, Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı bəy”, Qismətin “Gələcəyin tarixi” kitablarını çap edib.


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___