Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə Rusiya ilə əməkdaşlıqdan imtina etdi
Tarix: 09-06-2016 | Saat: 16:26
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Türkiyə Rusiya ilə əməkdaşlıqdan imtina etdi

Türkiyə bu ilin aprelində İstanbulda saxlanılan cinayətkar qruplaşmanın lideri Valid Luraxmaevin istintaq işinə dair Rusiya ilə əməkdaşlıqdan imtina edib.
"Xəbəraz.az " “Rosbalt”a istinadən xəbər verir ki, Türkiyə əvvəlcə İstanbulda saxlanılan şəxslərin müəyyən edilməsi üçün Rusiyanın sorğusunu rədd edib, daha sonra isə əməkdaşlığa yox deyib.

Luraxmaev “Saratovstroystekla” şirkətinin sahibi Mixail Laninin öldürülməsində əsas fiqurlardan biri hesab edilir. Müstəntiqlərin məlumatına görə, qətlin sifarişçisi Əhməd Həmidov, təşkilatçısı isə Luraxmaev olub. Həmidov qətl üçün Luraxmaevə və iki çeçenə 200 milyon rubl (4,7 milyon dollar) vəd edib.

Mixail Lanin 2011-ci ilin martında Fransada öldürülüb.

Qeyd edək ki, Luraxmaev 2016-cı ilin aprelində İstanbulda Aleksandr Smirnov adına olan pasportla tutulub və Rusiyaya agent kimi işləməkdə, o cümlədən, çeçen Əbdülvahid Edelqireyevin öldürülməsində ittiham olunub.



3868 dəfə oxunub.

Digər xəbərlər
21-02-2016, 23:31 Yuxusuzluğun fəsadları

bütün xəbərlər
____ Instagram ___