Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya NATO-dan yox, neftdən qorxur
Tarix: 09-06-2016 | Saat: 15:40
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rusiya NATO-dan yox, neftdən qorxur
Rusiya çalışır ki, Gürcüstan vasitəsilə Avropaya enerji resurslarının daşınması dayandırılsın.

"Xəbəraz.az "xəbər verir ki, bunu ABŞ-ın Atlantik Şurasında çıxışı zamanı Gürcüstan Müdafiə naziri Tinatin Xidaşeli söyləyib. Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyi Qafqazdan asılıdır:

“NATO-nun genişlənməsi Rusiyanı narahat edən əsas məqam deyil. Səbəbləri daha dərində və başqa yerdə axtarmaq lazımdır. Rusiyanı narahat edən hazırda Avropada geniş müzakirə edilən enerji təhlükəsizliyi məsələsidir, onlar Avropa enerji daşıyıcılarını diversifikasiya etmək istəyir. Bir sözlə, 3,5 milyonluq əhalisi olan ölkənin NATO-ya girməsi Moskva üçün məsələ deyil. Gürcüstan Avropanı alternativ enerji resursları ilə təchiz etməklə Rusiyanı bundan kənarda saxlamağa çalışır”.

Qeyd edək ki, TAP boru kəmərinin keçdiyi əsas nöqtələrdən biri də Gürcüstandır. Bu layihə Xəzər neftinin Avropaya çıxarılması üçün nəzərdə tutulub.


Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___