Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Birinci xanımın fəaliyyəti elektron nəşrdə - Təqdimat
Tarix: 09-06-2016 | Saat: 14:41
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Birinci xanımın fəaliyyəti elektron nəşrdə - Təqdimat

Bu gün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” adlı elektron nəşrin təqdimat mərasimi keçirilib.

"Xəbəraz.az "xəbər verir ki, mərasimdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı və xoşməramlı səfir kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çox böyük işlər gördüyünü bildirib. O, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin artıq Avropa və Asiya qitəsi, eləcə də Azərbaycanın qonşu ölkələri də daxil olmaqla, geniş bir coğrafiyanı əhatə etdiyini və bu coğrafiyanın gündən-günə genişləndiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, elektron nəşrə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi işə başladığı dövrdən bu günə qədər Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə dair Azərbaycan dilində Azərtac-ın, Prezident Kitabxanasının abunə olunduğu 100-ə yaxın qəzet və jurnalın, digər kütləvi informasiya vasitələrinin seçilmiş materialları daxil edilib.

Bildirilib ki, təqdim olunan elektron nəşr altı əsas bölmədən - “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”, “Azərbaycan Gimnastika Federasiyası”, “Azərbaycanın birinci xanımı”, “Heydər Əliyev Fondu”, “Xoşməramlı səfir”, “Millət vəkili” bölmələrindən ibarətdir. İstifadəni asanlaşdırmaq üçün hər fəsildəki materiallar mənbəyi göstərilməklə illər üzrə xronoloji ardıcıllıqla verilib.

Elektron nəşrin ana səhifəsində birinci xanımın qısa bioqrafiyası, ona həm ölkəmizdə, həm də xarici dövlətlər və mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən mükafatların, orden və medalların, fəxri adların və təltiflərin xronologiyası təqdim olunur.

Birinci bölmədə əks olunan materiallarda Azərbaycan mədəniyyətinin böyük hamisi kimi Mehriban Əliyevanın muğam sənətinə qayğısı, bu qeyri-maddi irsimizin xarici ölkələrdə təbliği, bir sıra beynəlxalq musiqi festivallarının keçirilməsi ilə bağlı təşəbbüsləri, “Avroviziya” musiqi yarışmasında ölkəmizin yüksək səviyyədə iştirakına verdiyi dəstək və digər xidmətlərinə dair materiallar toplanıb.

İkinci bölmədə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi idmanın bu spesifik növünün inkişafına göstərdiyi qayğı, Bakıda keçirilən I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi böyük təşkilatçılıq fəaliyyəti, Azərbaycanın idman ölkəsi kimi tanınması sahəsində gərgin əməyi barədə mətbuat səhifələrində dərc olunmuş materialların tam mətnləri öz əksini tapıb.

Azərbaycanın birinci xanımının fəaliyyəti nəinki ölkəmizdə, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən də çox yüksək səviyyədə təqdir olunur və qiymətləndirilir. Xeyirxahlıq, humanizm, sosial ədalət prinsiplərinə sadiqlik, yüksək mədəni dəyərlərə söykənən çoxşaxəli fəaliyyət Mehriban Əliyevanın birinci xanım kimi portretinin əsas cizgiləridir. Birinci xanım statusunda onun 2003-cü ildən başlayan fəaliyyətinə dair bütün materiallar - görüşləri, müsahibələri, çıxışları, səfərləri, eləcə də onun haqqında olan müəllif yazıları elektron nəşrin üçüncü bölməsində toplanıb.

Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı istiqamətində gördüyü işlər dördüncü bölmədə öz əksini tapıb. Fəaliyyət sahəsinin genişliyi nəzərə alınaraq, resursda toplanmış materiallar iki bölmədə təqdim olunur. Birinci bölmədə Fondun prezidenti kimi Mehriban Əliyevanın bilavasitə fəaliyyətinə dair materiallar, ikinci bölmədə isə Fondun vitse-prezidenti Leyla Əliyevanın, eləcə də digər rəhbər işçilərinin iştirakı ilə keçirilən tədbirlərə dair materiallar toplanıb.

Beşinci bölmədə birinci xanımın UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti ayrı-ayrılıqda təqdim olunur. 2004-cü ildən UNESCO-nun, 2006-cı ildən ISESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva milli mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanılması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində gördüyü işlərə dair materiallar, müəllif yazıları öz əksini tapıb.

Milli Məclisin deputatı Mehriban Əliyevanın bu sahədəki fəaliyyətinə dair materiallar altıncı bölmədə toplanıb. Bu bölmədə, həmçinin onun Azərbaycanın Avropa ölkələrinin parlamentləri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətindəki fəaliyyətinə dair mətbuat səhifələrində dərc olunmuş materiallar da istifadəçilərə təqdim edilir.

Artıq 2000-dən çox materialın tam mətnini əhatə edən bu elektron nəşr mütəmadi olaraq yenilənir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan elektron nəşr http://www.mehribanaliyeva.preslib.az domeni vasitəsilə istifadəçilərə təqdim olunur.

Daha sonra elektron nəşrlə bağlı müzakirələr aparılıb.

Müzakirələr zamanı çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli təqdim olunan elektron nəşrin əhəmiyyətindən, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, onun rəhbərliyi ilə mədəniyyət, səhiyyə, elm, təhsil, idman, ekologiya və digər sahələrdə həyata keçirilən layihələrdən, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərdən, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanmasına verdiyi töhfədən danışıblar. Vurğulanıb ki, Mehriban Əliyevanın diqqətindən kənarda heç bir sahə qalmır. O, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu bu gün dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Mehriban Əliyeva xalqına xidməti əsas meyar kimi birinci xanım qismində qəbul edib. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət məramı dayanır. Bildirilib ki, təqdimatı keçirilən bu elektron nəşr alimlər, tədqiqatçılar, tələbələr daxil olmaqla geniş oxucu kütləsi üçün zəngin mənbədir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zakir Həşimov və başqaları elektron nəşrlə bağlı fikirlərini bildiriblər. Onlar birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bağlı çoxsaylı materialların sistemləşdirilərək oxuculara təqdim olunmasının əhəmiyyətini qeyd ediblər. Müzakirələr zamanı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti, Vətənə və xalqa sevgisi, Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq gördüyü işlər və s. məsələlərdən söhbət açılıb.


Xəbəri paylaş

7678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___