Xəstəxanada gənc öldü: Meyitini vermirlər
Tarix: 09-06-2016 | Saat: 13:35
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bu gün Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.
Avropa.info xəbər verir ki, İsmayıllı rayonu Tircan kənd sakini 26 yaşlı Mirzəyev Mirzə Mərdan oğlu böyrək çatışmazlığından dünyasını dəyişib.
Bu haqda məlumatı mərhumun əmisi, şair, "Maraqlı Məqam" qəzetinin redaktoru Kamran Mirzə bildirib.
O qardaşı oğlu olan M. Mirzəyevin hələ 2 yaşında ikən böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, elə bu yaşda ikən xəstənin bir böyrəyi sıradan çıxdığı üçün kəsilərək götürülüb.
19 yaşına qədər tək böyrəklə yaşayan Mirzənin artıq ikinci böyrəyində də problemlər yaranmağa başlayır.
3 il yarım bundan əvvəl isə xəstənin ikinci böyrəyi də tamamilə sıradan çıxıb. Bundan sonra Mirzə əməliyyat olunaraq ona anasının böyrəyi köçürülüb.
Bu yaxınlarda yenidən böyrəyində problem yaşanan xəstə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. M. Mirzəyev bu gün səhər saatlarında dünyasını dəyişib.
Kamran Mirzə qardaşı oğluna anasının böyrəyini köçürmək üçün valideynlərinin 60 minə yaxın pul xərclədiklərini bildirib.
Əmisi hazırda qardaşı oğlunun meyitini almaq istədiklərini, amma həkimlərin ödəniş edilməsi lazım olduğunu söylədiklərini bildirib.
Onun sözlərinə görə mərhumun valideynləri baş həkim Leyla Seyidbəyova ilə də görüşüb ona əməliyyatın düzgün aparılmadığını deyiblər.
Buna baxmayaraq həkimlər də məsuliyyəti öz üzərlərindən atır və bütün problemlərin Mirzədə olduğunu sübuta yetirməyə çalışırlar.
5188 dəfə oxunub.
Digər xəbərlər

13-06-2018, 15:48
Evləndikləri gün öldülər - Dəhşətli qəzanın təfərrüatı
15-01-2018, 13:30
Azərbaycan əsgəri həlak oldu
10-03-2021, 13:02
Neftin sürətlə ucuzlaşmasının səbəbi... - Ekspert
18-09-2015, 14:09
“Araz Əlizadəni çox ciddiyə alıram” - İqbal Ağazadə
26-11-2015, 17:53
Nardaranda Çəkliş aparmaq istəyən döyüldü kamerasıda sındırıldı
25-02-2022, 11:39
Simpsonlardan fantastik öncəgörmə - 30 il əvvəl Rusiya-Ukrayna müharibəsini anons ediblər
18-06-2018, 12:27
Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar
14-02-2018, 12:59
Xumar Qədimova : “Sevdiyin kişi çirkin və pullu olmalıdır”.
22-01-2016, 16:57
Ermənistanda kütləvi qətl törədən Permyakov günahını etiraf etdi
12-05-2016, 17:00
“Gürcüstanı Rusiya ilə müharibə gözləyir”