MM rüsumları 2.5 dəfə endirir
Tarix: 09-06-2016 | Saat: 13:23
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Azərbaycana birdəfəlik giriş üçün tələb olunan vizalara görə ödənilən dövlət rüsumu endirilir, bununla bağlı bir sıra tələblər ləğv edilərək qaydalarda dəyişikliklər edilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı “Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təklif edilir.
Qanunun 16.1.6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən “birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün” nəzərdə tutulan 50 ABŞ dolları dövlət rüsumu 20 ABŞ dollarına endirilir. Eyni zamanda maddəyə “tranzit vizalarının rəsmiləşdirilməsi üçün” ifadəsi də əlavə edilərək bunun üçün də 20 ABŞ dolları dövlət rüsumu müəyyənləşdirilir.
Bununla əlaqədar olaraq qanunun 16.1.8 (Turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar), 16.1.9 (tranzit vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar), 16.1.9.1 (birdəfəlik tranzit vizası 40 dollar) və 16.1.9.2 (ikidəfəlik tranzit vizası 40 dollar) maddələri ləğv edilir.
Burada göstərilən tələblər maddə 16.1.6-nın yeni tələblərində cəmləşdirilir.
Maddəyə əlavə edilən “Qeyd” hissəsində isə izah edilir ki, “Dəyişikliklərin məqsədi Azərbaycan respublikasına əcnəbilərin turizm məqsədi üçün gəlməsini asanlaşdırmaq, ölkəmizin ərazisini tranzit daşımaları üçün əlverişli etmək və xarici ölkə vətəndaşlarının tranzit nöqtəsi kimi seçməkdə marağını gücləndirməkdir”.
Layihə Milli Məclisin xüsusi növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş
6998 dəfə oxunub.
Digər xəbərlər

11-07-2015, 02:46
Sərxoş sürücü görün neynədi
27-08-2021, 10:30
Düşmən Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu
5-02-2017, 15:21
Türkiyədə terakt törətməyə hazırlaşan İŞİD şəbəkəsi ələ keçdi
2-02-2018, 14:27
Salyanda qadın itkin düşüb – FOTO
22-08-2020, 11:45
Ramiz Mehdiyevin nəvəsinin toyunda siyasi "tost"
31-10-2017, 09:58
Bankdan kredit götürən şəxs qadın zamini döyərək komaya saldı
15-10-2016, 15:50
Leyla Əliyevanın qızı Əminə ilə yeni fotosu (FOTO/VIDEO)
16-03-2017, 17:52
Beşinci dəfə evlənən türk aktyorun toyundan-Fotolar
1-03-2016, 12:26
İrina Şeyk çarpayıdakı fotosunu paylaşdı - FOTO