Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərdə partlamamış hərbi sursatlar tapıldı - Foto
Tarix: 08-06-2016 | Saat: 19:48
Bölmə:Karusel / M2 / Qarabağdan xəbər var | çapa göndər

Tərtərdə partlamamış hərbi sursatlar tapıldı - Foto


İyunun 8-də beş ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 12 partlayış yerinə baxış keçirilib. Tərtər rayonunun Cəmilli kəndində partlamamış iki hərbi sursat – “9M22U” qrad raketinin mühərrik hissələri aşkarlanaraq götürülüb. Gün ərzində 51 min kvadratmetr ərazi minalardan təmizlənib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə ANAMA-nın iyunun 8-də Ağdam və Tərtər rayonlarında aşkarlanmış partlamamış hərbi sursat barədə açıqladığı hesabatda bildirilir.

Tərtər rayonunun Şıxarx, Ağdam rayonunun Qaradağlı kəndlərində ev və həyətyanı sahələrdə partlayış yerlərinə baxış keçirilib, 45 min kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 8-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 590 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 21 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. 1509 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 POMZ-2 və tank əleyhinə 7 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Tərtərdə partlamamış hərbi sursatlar tapıldı - Foto


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___