Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təbriz ermənidən imtina etdi – Səbəb
Tarix: 08-06-2016 | Saat: 16:13
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər


Təbriz ermənidən imtina etdi – Səbəb
Təbrizin “Traxtur” futbol klubunun icraçı direktoru Mustafa Acorlu iyunun 7-də öz İnstaqram səhifəsində məlumat yayaraq, erməni futbolçu Varazdat Haroyanı kluba dəvət etməkdən vaz keçdiklərindən xəbər verib.

"Xəbəraz.az " xəbər verir ki, Mustafa Acorlunun məsələ ilə bağlı bu açıqlaması onun Ermənistan yığmasının müdafiəçisi Varazdat Haroyanı iki il müddətinə “Traxtur”a dəvət etdiklərini bildirməsindən bir gün sonraya təsadüf edib.

“Mən əziz azərbaycanlıların vəhdəti üçün Təbrizə gəlmişəm. Məqsədim isə bütün şərif türklərin “Traxtur” ətrafında toplaşması və birliyidir. Ermənistanlı futbolçunun “Traxtur”a gəlişi bu birliyə xələl gətirə, onu təhdid edə bilərdi. Məhz buna görə də ermənistanlı futbolçunu satın almaqdan və onu klubumuza dəvət etməkdən vaz keçdik”.

Qeyd edək ki, erməni futbolçunun dəvət xəbəri yayılandan sonra “Traxtur” tərəfdarları İnstaqram səhifəsində məsələ ilə bağlı şərh yazaraq, bu qərara etiraz bildiriblər.


Xəbəri paylaş

7078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___