Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Diversiya əməliyyatına başlayaq - Milli Qəhrəman
Tarix: 08-06-2016 | Saat: 14:41
Bölmə:Karusel / Dünya / Bizim seçim | çapa göndər

Diversiya əməliyyatına başlayaq - Milli Qəhrəman

Ukrayna Ali Radasının deputatı, Milli Qəhrəman Nadejda Savçenko Ukrayna millətçilərinin liderlərindən biri, Sağ Sektor təşkilatının keçmiş rəhbəri Dmitri Yaroşla görüşüb.

"Xəbəraz.az "xəbər verir ki, bu haqda Dmitri Yaroş özünün Feysbuk səhifəsində yazıb.

Onlar birlikdə Ukrayna hərbi qulluqçularının Avdreyevka şəhəri və Şirokino qəsəbəsindəki mövqelərinə baş çəkiblər.

“Döyüşçüləri hər şeydən əvvəl maraqlandırırdı ki, biz nə vaxt hücuma keçəcəyik. Nadejda Savçenko hesab edir ki, ukraynalıların qanının mümkün qədər az tökülməsi üçün hər şeyi etmək lazımdır. O, diversiya qruplarının köməyilə müharibənin aparılmasını dəstəkləyir”, - o qeyd edib.

Yaroş əlavə edib ki, Savçenko poliqonda Ukrayna millətçiləri tərəfindən istehsal edilmiş unikal eksperimental silahı sınaqdan keçirib.

Xatırladaq ki, Donetsk vilayətində rusiyalı jurnalistləri öldürməkdə ittiham olunan Savçenko mart ayında Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum edilmişdi. O, mayın 25-də Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə azad edilib və Poroşenkonun müşayiəti ilə ölkəsinə aparılıb.


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___