Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Atçılıq klubundan reportaj - Foto
Tarix: 07-06-2016 | Saat: 22:49
Bölmə:Karusel / Gündəm / İdman / M2 | çapa göndər

Atçılıq klubundan reportaj - Foto
Atçılıq Azərbaycan geniş yayılmış sahələrdən biridir. Xüsusən, Qarabağ atları təkcə regionda deyil, bütün dünyada məşhurdur. Ölkəmizdə bir çox atçılıq klubları fəaliyyət göstərir. Bunlardan biri də paytaxtda yerləşən “Elit” atçılıq klubudur.

Axar.az olaraq “Elit” atçılıq klubuna baş çəkib, buranın şəraiti, atların saxlanma qaydaları və əhalinin atçılığa meyili ilə maraqlandıq.

Atçılıq klubunun direktor müavini Çingiz Yaqnaliyev buradakı atların beynəlxalq uğurlar qazandığını dedi:

“Atların çoxu yarışlarda iştirak edir. Bizim Çerova adlı atımız mayın 7-də keçirilən Heydər Əliyev adına beynəlxalq çempionatda birinci olub. Yarışa bir çox ölkədən atlar qatılmışdı. Bizim atımız gərgin yarışda qalib gəldi. Heydər Əliyev kubokunu qazandı. Çerova çox güclü atdır. Burada hal-hazırda 28 at, 8 poni var”.

Direktor müavini bizə atların yemlənməsi ilə bağlı da məlumat verdi:

“Atlarımıza çox geniş tələbat var. Hamı gəlir, baxanlar da olur, sürənlər də. Burada olan atların demək olar ki, hamısı şəxsi atlardır, müxtəlif adamların atlarıdır. Ən çox həftə sonları gəlirlər, at sürmək istəyirlər. Həftə içi uşaqlarla maraqlı ekskursiyalar təşkil edirik. Gün ərzində atları 5 dəfə yemləyirik. Səhər tezdən 6-7-də ot, günorta saat 1-də yem verilir. Daha sonra saat 5-də arpa, axşam saat 6-da və 8-də isə yenidən yem veririk”.

“Elit” atçılıq klubundan çəkilmiş fotoları təqdim edirik:

Atçılıq klubundan reportaj - Foto
Atçılıq klubundan reportaj - Foto
Atçılıq klubundan reportaj - Foto
Atçılıq klubundan reportaj - Foto


Xəbəri paylaş

7278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___