Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mursinin edamı Misiri qarışdıra bilər"
Tarix: 07-06-2016 | Saat: 18:49
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

"Mursinin edamı Misiri qarışdıra bilər"

Misir müftisi Şevki Allam eks-prezident Məhəmməd Mursi barədə edam qərarını təsdiqləyib.

Musavat.com bildirir ki, bu barədə İranın "Təsnim" Xəbər Agentliyi Misir mənbələrinə istinadən məlumat yayıb. Misir qanunlarına görə, məhkəmənin çıxardığı edam qərarını ölkənin baş ruhanisi, yəni müfti təsdiqləməlidir. Artıq müftinin Mursi barədə çıxarılmış edam qərarını təsdiqləyən hökm gizli şəkildə hökumət orqanlarına göndərilib.

Qeyd edək ki, M.Mursi və eləcə də "Müsəlman qardaşlar" hərəkatının digər liderləri Assam əl-Aryan və Səid əl-Ketatani barədə Qahirə Cəza Məhkəməsinin ötən il çıxardığı edam qərarı təsdiqlənməsi üçün Misirin müftisinə göndərilib. Misirin eks-prezidenti, 2012-13-cü illərdə ölkəyə rəhbərlik etmiş "Müsəlman qardaşlar" hərəkatı nümayəndəsi Məhəmməd Mursi 2013-cü ildə baş vermiş hərbi çevrilişdən sonra həbs olunub. Ona qarşı bir sıra cinayətlərdə iştirakla bağlı ittiham verilib. Bunlar casusluq, inqilab zamanı həbsxanadan adam qaçırılmasını təşkil etmək və sairdir. Mursinin casusluqda ittiham olunduğu məhkəmə prosesində 90-dan artıq məhkəmə iclası keçirilib.

Məhkəmənin eks-prezident barədə edam qərarı dünyada böyük etiraza səbəb olub. BMT və bir sıra dünya ölkələri bu qərarı qınayıb və tətbiq edilməməsinə çağırıblar. Daha öncə məhkəmə qərarları böyük etiraz aksiyaları və polislə qarşıdurmalarla müşayiət olunmuşdu.

Politoloq Qabil Hüseynli hesab edir ki, M.Mursinin edam olunmaması mümkündür. Edam cəzasının icrası Misiri qarışdıra bilər: "Misir radikal islamçılığın yayıldığı bir ölkədir. Hüsnü Mübarək hakimiyyəti devrildikdən sonra ölkədə nisbi demokratik azadlıqlar meydana gəldi. Bundan istifadə edən Mursi ölkəyə qayıtdı və "Müsəlman qardaşlar" hərəkatını təşkilatlandıraraq ölkədə aparıcı siyasi qüvvəyə çevirdi. Prezident seçkiləri də demokratik keçirildi və Məhəmməd Mursi qalib gəldi. Amma Mursi hakimiyyətə gəldikdən sonra ölkənin dünyəvi quruluşuna bir sıra dəyişikliklər həyata keçirilməyə başladı. Avropa hüquq sistemi şəriət məhkəməsi ilə əvəzləndi. Hicab tələbinə əməl etməyənlərə qarşı cəza tədbirləri görüldü və sair addımlar Misiri teokratik dövlətə çevirdi. Bununla belə, ölkə bir sıra sahələrdə uğur da qazandı. Məsələn, rüşvət yığışdırıldı, sosial ədalət sisteminin bərqərar edilməsi istiqamətində islahatlar keçirilməyə başladı.

Bir sıra Qərb ölkələrini Mursinin Misiri teokratik ölkəyə çevirməsi istiqamətində addımları qane etmədi və "Müsəlman qardaşlar" hərəkatı terrorçu təşkilat elan olundu. Sonra isə ordunun baş qərargah rəisi Sisinin əli ilə Mursi hakimiyyəti devrildi və Mursinin özü, "Müsəlman qardaşlar" hərəkatının bir sıra üzdə olan şəxsləri də həbs edildilər, onların bir qisminə verilən edam cəzası artıq icra olunub. İndi Mursinin haqqında edam hökmünün icra olunması elə də asan məsələ deyil.

Dünya birliyi Mursinin ölüm hökmünün ləğv edilməsinə heç də müsbət yanaşmır. Edam cəzasının icrası Misiri daha da qarışdıracaq. Üstəlik, radikal islamın dirçəlməsinə və ayaqlanmasına şərait yaradacaq. Bax, bu nöqteyi-nəzərdən dünya dövlətləri Mursinin edamına qarşı çıxmalıdır və edam cəzasının ləğv edilməsinə çalışmalıdır. Zənnimcə, bu edam cəzası icra edilməyəcək. Edam cəzasının ləğvi "Müsəlman qardaşlar" hərəkatının mülayimləşməsinə gətirib çıxara bilər".

Politoloq onu da qeyd etdi ki, Məhəmməd Mursini müasir tariximizdə ölüm cəzasına məhkum edilmiş və cəzaları icra olunmuş diktatorlar Miloşeviç, Karaciş, Səddam Hüseyn kimi şəxslərlə müqayisə etmək uğurlu deyil: "Miloşeviç, Karaciş, Səddam Hüseyn genosid törətmiş, əli müsəlman qanına batmış cəlladlardır. Mursi insanların edam olunması haqqında bir dənə də olsun fərmanın çıxarılmasında iştirak etməyib. Hətta Hüsnü Mübarəkə həbsdə olsa da humanist davranılması barədə göstəriş vermişdi. O istəsəydi, Mübarək haqqında dərhal edam cəzası verdirədi və icra etdirərdi. Mursinin Mübarəkə qarşı davranışı indiki prezident Sisiyə nümunə olmalıdır".


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___