Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağsaqqal jurnalistin qızı tələbələrin təqaüdünü kəsdi
Tarix: 07-06-2016 | Saat: 16:34
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ağsaqqal jurnalistin qızı tələbələrin təqaüdünü kəsdi

Azərbaycan Milli Konservatoriyasında təhsil alan bəzi doktorantların təqaüdləri kəsilib.

Axar.az-a müraciət edən doktorantlar illik hesabatları müəyyən səbəbə görə gecikdirdikləri üçün təqaüddən məhrum olduqlarını açıqlayıblar. Qərardan sonra maddi çətinlik yaşadıqlarını və bu təqaüdlə ən azından yol xərclərini ödədiklərini deyən doktorantlar sanksiyanı ədalətsiz adlandırıblar:

“Prorektorumuz Lalə Hüseynova bu qərarı verdi. Daha humanist cəza seçilə bilərdi, ən azı ona görə ki, “adamı çörəklə sınağa çəkməzlər” deyiblər”.

Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova Axar.az-a faktı təsdiqləyib və hər şeyin qanuna uyğun olduğunu bildirib:

“Məlumat tamamilə doğrudur. İşini vaxtında yerinə yetirməyən doktorantları attestasiyaya buraxmadıq və nəticədə onların təqaüdləri kəsildi. Bu isə tamamilə qanuna uyğundur”.

Doktorantların nəzərinə isə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi” qaydalarını çatdırmağa məcburuq. Qaydalarda açıq mətnlə yazılır:

“Dövlət hesabına təhsil alan doktorantlara birinci təhsil ilində qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd verilir. Növbəti təhsil illərində təqaüd illik attestasiyanın nəticələrinə görə təyin edilir. İllik attestasiyadan keçməyən doktorantın təqaüdü dayandırılır”.

Qeyd edək ki, Lalə Hüseynova jurnalistikamızın ağsaqallarından olan professor Şirməmməd Hüseynovun qızıdır.


Xəbəri paylaş

7648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___