Ucara yırtıcı hücumu: Sakinlər evdən çıxa bilmir
Tarix: 07-06-2016 | Saat: 11:53
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ucarın Şahlıq kəndi artıq neçə gündür yırtıcıların hücumuna məruz qalır.
Bu barədə Publika.az-a kənd sakini Rüfət Məmmədov məlumat verib.
Onun sözlərinə görə, çaqqallar sürü ilə dəstə şəklində gəzərək həyətyanı sahələrə hücum edir, sakinlərin toyuq-cücələrini aparırlar. Sakinlərdə silah olmadığından onlar həyətyanı sahələrini şiferlə hasarlamağa başlayıblar: “Toyuqları hücumdan qorumaq üçün həyətin digər hissəsini də şiferlə hasarlamışıq. Bağ tərəfə keçən ev quşları bizim deyil. Dərhal çaqqallar oğurlayır. Bəzən lap gözümüzün qarşısında toyuqları aparırlar. Silahımız olmadığından heç nə edə bilmirik”.
Onun sözlərinə görə, yırtıcıların ovu səhər saat 10-da başlayır: “Hər dəstədə iki-üç, bəzən dörd çaqqal olur. Günorta sayları bir az artır. Axşamlar isə daha da çoxalır. Uşaqları həyətə, bağa buraxa bilmirik. Dəstə-dəstə ulaşanda bilirik ki, ev quşlarını oğurlamağa gəliblər. Son günlər ərzində kiminin qoyununu parçalayıb, kimin hinduşkasını, toyuğunu, cücəsini, qazını, ördəyini aparıblar”.
Kənd sakini qeyd etdi ki, bəzi sakinlər tələ qurub: “Bir gecə tələyə beş çaqqal düşmüşdü. Sakinlər sanki qoyun otarırmış kimi toyuq-cücələri otarırlar. Bəzi qadınlar qorxularından bağlara keçə bilmirlər”.
Xəbəri paylaş
7238 dəfə oxunub.
Digər xəbərlər

13-03-2015, 11:42
Hadı Rəcəbli: Bu, Allahsızlıqdır
25-07-2018, 18:31
“Twitter” saxta "İlon Mask"ları bloklayır
23-08-2017, 14:47
Bayram Kürdəxanılı DƏFN EDİLDİ - FOTO/VİDEO (YENİLƏNDİ)
18-09-2015, 00:45
18 Sentyabr – Astroloji proqnoz
18-03-2019, 16:22
"Ora avtoritar düşən mələk cildinə bürünüb demokrat kimi çıxır" - Siyavuş Novruzov
26-06-2015, 15:44
Dilli toy dayday sökür
18-02-2017, 19:50
Mərcdə uduzan tennisçi qız soyundu - video
30-05-2016, 20:41
Rusiya üzən təyyarələrini artırır – Video
22-05-2020, 18:44
Baş Prokurorluq Oğuzdakı hadisə barədə məlumat YAYDI