Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Valensa Polşanı inqilaba səsləyir: 2 milyon etirazçı
Tarix: 06-06-2016 | Saat: 19:46
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Valensa Polşanı inqilaba səsləyir: 2 milyon etirazçı

Polşada situasiya dəyişməsə, Varşava küçələrinə 2 milyon etirazçı çıxacaq.

"Xəbəraz.az " xəbər verir ki, bunu TVN24 telekanalına müsahibəsində Polşanın eks-prezidenti Lex Valensa söyləyib. Onun sözlərinə görə, müxalifət hökumətin istefaya getməsi ilə bağlı imza toplayacaq. O bununla hökumətin geriyə addım atacağını bildirib.

Qeyd edək ki, müxalifətin hazırkı Polşa iqtidarına etiraz etməsinə səbəb ölkədə keçirilən reformlardır. Bu reformlara əsasən, Konstitusiya Məhkəməsinin səlahiyyətləri demək olar ki, hakim partiyanın əlinə keçib. Əvvəllər Polşa Konstitusiya Məhkəməsi adi səs çoxluğu ilə qərar qəbul edə bilirdisə, indiki reformlara əsasən, bunun üçün məhkəmə heyətinin üçdə ikisinin səsinə ehtiyac olacaq. Üstəlik, iqtidar Konstitusiya Məhkəməsinin heyətini də genişləndirərək, 15-ə çatdırıb. Bu genişlənmə hökumətin öz adamlarını buraya yerləşdirməsi ilə nəticələnib.

Üstəlik, məhz Haqq və Ədalət Partiyasının hakimiyyəti zamanı Lex Valensa təzyiqlərə məruz qalıb. Məhz onların hökumətə gəlməsindən sonra Valensanın bir zamanlar SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə işləməsi haqqında informasiyalar peyda olub. Eks-prezident əvvəlcə bu ittihamları rədd etsə də, sonradan qəbul etməyə məcbur olub.


Xəbəri paylaş

6758 dəfə oxunub.

Digər xəbərlər
10-04-2015, 23:47 Cəhənnəmdən xəbər var

bütün xəbərlər
____ Instagram ___