Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AMEA vitse-prezidenti: “Bu bir şərəf məsələsidir”
Tarix: 06-06-2016 | Saat: 16:05
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

AMEA vitse-prezidenti: “Bu bir şərəf məsələsidir”

Azərbaycanda digər dillərdə təhsilə heç bir məhdudiyyət qoyulmasa da, orta və ali məktəbdə dövlət dilində təhsilin üstünlük təşkil etməsi dövlətimiz adına daha faydalıdır.

Bu sözləri açıqlamasında AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Akademik bildirib ki, dövlət dilində oxumaq hər bir Azərbaycan insanı üçün şərəf məsələsinə çevrilməlidir:

“Dövlət dili Azərbaycan dilidir və ölkə vətəndaşlarının mütləq əksəriyyəti öz övladlarının ana dilində oxuması üçün məktəbə göndərirlər. Eyni zamanda, ölkədə rus, ingilis, fransız dilində olan məktəblərimiz var. Bu məktəblərdə tədris xarici dildə aparılsa da, Azərbaycan dili dövlət dili səviyyəsində tədris olunur. Azərbaycanda müxtəlif dillərdə təhsilin verilməsi müsbət hal olsa da, bu, heç də ana dilinin imkanlarının məhdudlaşdırılması anlamına gəlməməlidir. Ana dilində təhsil alan şagirdlərin sayı müxtəlif təmayüllü, ixtisaslaşmış və ya xarici təhsil verən məktəblərdə oxuyanlardan çoxdur. Düzdür, Azərbaycanda digər dillərdə təhsilə heç bir məhdudiyyət yoxdur, ancaq orta və ali məktəbdə ana dilində təhsilə üstünlük verilməsi dövlətimiz adına daha faydalı olardı”.

Millət vəkili hesab edir ki, hazırda sözügedən məsələ ilə bağlı valideynlərin də üzərinə böyük məsuliyyət düşür:

“Valideynlərin seçimindən çox şey asılıdır və onlar bu barədə ciddi şəkildə düşünməli, daha sonra addım atmalıdırlar. Seçimlə bağlı xüsusi bir məcburiyyət yoxdur, ancaq bütün ölkələrin vətəndaşları kimi Azərbaycan əhalisinin də böyük əksəriyyəti ana dilində orta və ali təhsil almalıdırlar. Bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Hazırda rusdilli təhsilə meyillərin artması, rayonlardan çox, Bakıda hiss edilməkdədir. Ancaq bununla bərabər, əhalinin böyük əksəriyyətinin öz uşaqlarını anadilli təhsilə təşviq etməsi çox yaxşı haldır, çünki dövlət dilində oxumaq hər bir insan üçün şərəf məsələsidir”.

Qeyd edək ki, son 5-6 ildə Bakıda ümumitəhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Hazırda ölkənin 300-ə yaxın ümumtəhsil məktəbinin rus bölməsində 170 minə yaxın şagird oxuyur ki, bu da ümumi şagirdlərin 15 faizinə bərabərdir.

Müqayisə üçün bildirək ki, 1990-cı illərin sonlarında rus bölməsində 107 min şagird oxuyurdu və onların payı ümumi şagird sayında 7%-ə çatırdı.


Xəbəri paylaş

6928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___