Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın mükəmməl müdafiə sistemi var – Erməni general
Tarix: 06-06-2016 | Saat: 14:51
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Azərbaycanın mükəmməl müdafiə sistemi var – Erməni general

Azərbaycan ən azı 1,5-2 il ərzində Ermənistana qarşı genişmiqyaslı hərbi müdaxilə etməyəcək. Ermənistan tərəfinin də müdafiə sisteminin möhkəmləndirilməsi üçün məhz bu qədər vaxtı var.

ANS-in verdiyi məlumata görə, bu fikirləri qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş “müdafiə naziri”, general Samvel Babayan (Samo) Qarabağa səfəri zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan İsrailin raket hücumundan müdafiə sisteminə malikdir:

"Mən hətta Azərbaycan ərazisində yerləşdirilən bütün bu sistemlərin yerini göstərə də bilərəm. Əgər bir nəfər desə ki, dünyada bu cür sistemə malik olan üç ölkə var, mən deyərəm ki, Azərbaycan raket hücumundan müdafiə sisteminə malik 4-cü dövlətdir. Məni fikirlərimə görə qınayırlar. İndi deyin görək kim köhnəlib? Mən, ya onlar? Əgər onlar belə adi şeyləri belə bilmirlərsə, daha nə barədə danışaq? Ya da bilirlər, amma sizi aldadırlar. Əgər bilmirlərsə, bu daha pisdir. Amma əgər bilirlərsə və aldadırlarsa, deməli onlar parazitlərdir", - deyə Babayan dövlət məmurlarını tənqid edərkən deyib.

Samo onu da iddia edib ki, ölkəsində lazımi silahların alınması üçün vəsait yoxdur: "Mən ölkəmizin iqtisadiyyatının vəziyyətini çox gözəl bilirəm və nə isə təklif edəndə də təqribi rəqəmlər gətirirəm. Eyni zamanda onu da bilirəm ki, bu vəsaitlərin tapılması mümkündür. Bunun üçün isə onların öz üzərindəkilərə yüngülcə boylanması lazımdır”.


Xəbəri paylaş

6628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___