Rasizadə Binəli Yıldırımla görüşdü - Foto
Tarix: 03-06-2016 | Saat: 20:32
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iyunun 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.
"Xəbəraz.az " xəbər verir ki, Baş nazir Artur Rasizadə Binəli Yıldırımı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və Baş nazir təyin olunması münasibətilə təbrik etdi, ona dövlətçilik fəaliyyətində uğurlar arzuladı və nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirdi. Artur Rasizadə Binəli Yıldırımın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əminliyini söylədi.
Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən Artur Rasizadə bu əməkdaşlığın müasir dövrün tələblərinə uyğun yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğuladı, hər iki ölkənin birgə reallaşdırdığı iri layihələrin əhəmiyyətini diqqətə çatdırdı. O, Türkiyənin İzmir vilayətində keçirilən ənənəvi “Efes” hərbi təlimlərinin Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini qeyd etdi.
Baş nazir Artur Rasizadə Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qərarının heç bir əsasının olmadığını bildirdi. O, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, Xocalı soyqırımına, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən və işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması haqqında qəbul etdiyi dörd qətnaməyə etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsini pislədi.
Türkiyənin Baş naziri Binəli Yıldırım qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında önəmli rol oynadığını qeyd etdi. Bakıya səfərinin qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcəyini diqqətə çatdıran Binəli Yıldırım ölkələrimizin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi beynəlxalq layihələrə imza atdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğuladı. Türkiyənin Baş naziri əmin olduğunu bildirdi ki, ölkələrimiz arasında dostluğa və qardaşlığa söykənən əlaqələr daha da genişlənəcək.
Binəli Yıldırım Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qərarının Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmədiyini dedi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini deyən Binəli Yıldırım diqqətə çatdırdı ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
7198 dəfə oxunub.
Digər xəbərlər

15-12-2016, 21:36
76 yaşlı kişinin butulkadan tikdiyi qeyri-adi ev - VİDEO
25-08-2019, 12:08
Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirdi
21-05-2016, 18:45
O sürücünün qanında amfetamin və metamfetamin tapıldı
18-05-2018, 17:47
Dodağının izi qalan fincan 590 manata satıldı
21-01-2016, 00:58
Azərbaycanda işsizliyə görə müavinətin məbləği artırılacaq
12-10-2016, 18:16
ŞİRVANDA toy günü biabırçılıq: Bəy gəlini döyüb atası evinə göndərdi
15-09-2016, 08:39
"MİSTER CAUCASUS AZERBAİJAN 2016 "DAN “YARAŞIQLI KİŞİ” – FOTOSESSİYA
30-07-2020, 16:54
"Mən qurbanlıq kəsib camaata qonaqlıq vermirəm" - Baş infeksionist
14-05-2016, 15:18
Bu gün 23:00-da İTV-də - Final
2-10-2015, 14:43
Yeddi ölkədən Rusiya ilə bağlı bəyanat