Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya Ermənistanın hava məkanını tamamilə ələ keçirir
Tarix: 03-06-2016 | Saat: 19:10
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rusiya Ermənistanın hava məkanını tamamilə ələ keçirir

Ermənistan parlamentinin profil komissiyası kollektiv təhlükəsizliyin Qafqaz regionunda vahid hava hücumundan müdafiə sisteminin yaradılamsı barədə sazişin təsdiqi üçün müsbət rəy verib.
"Xəbəraz.az " erməni mətbuatına istinadən bildirir ki, Ermənistan qanunverici orqanının xarici əlaqələr komissiyası “Rusiya və Ermənistan arasında kollektiv təhlükəsizlik üzrə Qafqaz regionunda hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında” sazişin parlamentin gündəliyinə salınması barədə qərar qəbul edib.

Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryanın sözlərinə görə, sazişin məqsədi Qafqaz regionunda HHM sustemini təkmilləşdirməkdir.

Onun sözlərinə görə, HHM-in vahid sisteminə daxil olan qoşunlara ümumi rəhbərlik Rusiya Federasiyası tərəfindən həyata keçiriləcək. Erməni nazir müavini hava hücumundan müdafiənin ayrı-ayrı sistemlərinə Ermənistan ordusunun nəzarət edə biləcəyini söyləyib.

Bununla bərabər o, Ermənistanın hava hücumundan müdafiə sistemi ilə bağlı atacağı addımlara heç bir məhdudiyyət qoyulmadığını da bildirib.

"Biz qarşımıza qoyduğumuz hədəfləri icra edirik, heç kimin də bizi müdafiə edəcəyinə ümid etmirik. Düşünürəm ki bu sazişə bziim öz maraqlarımız prizmasından baxmaq lazımdır” deyə o qeyd edib.

Xatırladırıq ki, Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan arasında imzalanan “Rusiya və Ermənistan arasında kollektiv təhlükəsizlik üzrə Qafqaz regionunda hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında” saziş 2015-ci-ilin dekabrında imzalanıb.


Xəbəri paylaş

8078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___